adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Aprel 2024 14:12
363
GÜNDƏM

Saxta anım mərsimində Anna Akopyana qarşı etiraz: “Nikol satqındır"

Bildiyiniz kimi bu gün nəinki Ermənistanda eləcə də ABŞ-ın Kaliforniya ştatında, eləcə də Fransanın hər künc-bucağında saxta erməni soyqırımı yalanlarından quraşdırılmış məzhəkənin ildönümü qeyd edilir.


İrəvanda da bu tip tədbirlər səhər tezdən başlayıb. Odur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan qızları ilə birlikdə Tsitsernakaberd memorial kompleksinə gəlib.
Ziyarətçilər onu dayanmadan “Nikol satqın, “Nikol satqın” şüarları ilə qarşılayıblar.
Anna Akopyan uzun müddət abidənin içərisinə yaxınlaşa bilməyib. Yalnız polisin müdaxiləsindən sonra Ermənistanın ikinci  ledisi abidəyə yaxınlaşıb, gülləri abidəyə düzüb, alova baş əyib və cəld ərazidən uzaqlaşıb.
Qeyd edək ki, Baş nazir Paşinyanın son zamanlar “erməni soyqırımı” ifadəsi yerinə “böyük fəlakət” və ya “qətliam” kəlmələrini dilə gətirməsi bu ifadədən imtina etməsi anlamına gəldiyini iddia edənlər var. Onlar Paşinyanı bu “milli davaya” xəyanətdə suçlamaqdadırlar. Eyni zamanda qeyri rəsmi xəbərlərə görə, ziyarət günü canlı yayın olmaması üçün təlimat verib.


Əntiqə Rəşid