Saxla, dincəl!
Respublika əhəmiyyətli avtomobil yollarının kənarında xeyli müddətdir ki, xüsusi dayanacaqlar tikilib. Bu da ona görə inşa edilib ki, hər hansı sürücü yorularkən avtomobili saxlasın və orda dincəlsin. Digər avtomobil yolları kimi Bakı-Astara yolunda da bu cür dayanacaq inşa edilib. Hətta orda yazılıb: «Saxla, dincəl!». Təəssüf ki, həmin yerə giriş yoxdu və bağlıdı! Belə də olanda bu addım təhlükəsizlikdən çox hər hansı sürücüdə qıcıq yaradır. Əgər ora bağlıdırsa və fəaliyyət göstərmirsə, onda zəhmət çəkib «Saxla, dincəl» sözlərini ordan götürsünlər! Bunu hansı qurum və hansı təşkilat yaradıbsa, onlar da tezliklə bu yerlərin istifadəyə verilməsini təmin etməlidir. Yoxsa görüntü yaratmağın heç bir mənası yoxdur.
Belə baxanda əgər həmin dayanacaqlar istifadəyə verilsə, sükan arxasında yuxulayan və yorulan sürücülərin dincəlməsi üçün çox yaxşı şərait yaranmış olar. Təəssüf ki, bu şərait olsa belə hələ də respublika əhəmiyyətli yollarda bu cür dayanacaqlar istifadəyə verilmir və sürücülər ora baxa-baxa gedirlər! Nə vaxta qədər baxa-baxa gedəcəklər, onu bilmirik!
Emil FAİQOĞLU
Digər Xəbərlər
25 Iyun 2026 14:21
Şükürbəyli sakinlərinə açarlar verildi
25 Iyun 2026 10:23
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
25 Iyun 2026 09:36
Bu gün Aşuradır
24 Iyun 2026 17:02
Bakı -Tiblisi qatarı...
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - AÇIQLAMA
23 Iyun 2026 13:25


Bakı -°C

