Sarıcalıya ilk mərhələdə 203 ailənin köçürülməsi planlaşdırılır
Ağdam rayonunun Sarıcalı kəndinə birinci mərhələdə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır.
Adalet.az xəbər verir ki, Sarıcalı kəndində artıq 203 fərdi ev inşa olunub.
Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.
Xatırladaq ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

