adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Oktyabr 2016 21:36
9415
MƏDƏNİYYƏT

“Sarı gəlin” tamaşası təqdim olunacaq

Oktyabrın 27-dəAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gənclər və İdman Nazirliyi tərəfindən 150-dək tələbə və aktyorun iştirakı ilə hazırlanmış "Sarı gəlin” tamaşası təqdim olunacaq.

Nazirlikdən Adalet.az-a bildirilib ki, tamaşada mahnının yaranma tarixi faktlar əsasında, yaradıcı şəkildə təqdim edilir.

Layihənin reallaşdırılmasında məqsəd gəncləri Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırmaq, adət və ənənələrin qorunub saxlanılması və təbliğ edilməsindən ibarətdir. Üç hissədən ibarət layihənin ilk bölümündə qonaqlar foyedə "Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olacaqlar.

Tədbirdə muğam və milli musiqilər səsləndiriləcək, "Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videoçarx nümayiş olunacaq.

Tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru əməkdar artist Nicat Kazımovdur.