adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Aprel 2017 17:46
47162
MƏDƏNİYYƏT

“Sara” filminin qala gecəsi keçirilib - Fotolar

Rejissorluğunu Elvin Əhmədovun etdiyi "Sara” filminin qala gecəsi keçirilib.

Nizami Kino Mərkəzində baş tutan tədbirdə sənət aləminin tanınmış simaları qonaq olublar. Tamaşaçılar arasında millət vəkili Aqil Abbas da yer alıb.

"Sara”da baş rolu canlandıran xalq artisti Rasim Balayevin gecəyə gəlməməsi diqqət çəkib. Rejissor bunun onun səhhətindəki problemlə əlaqədar olduğunu söyləyib.

Filmdə əməkdar artistlər Fuad Osmanov, Qurban İsmayılov, aktrisalar Aysel Nazim, Zarina Qurbanova, keçmiş müğənni Duyğu Dəvəli və başqaları rol alıblar.

Duyğu Dəvəli tamaşaçılara "Yeni ulduz”yarımasından tanışdır. Ailə qurduqdan sonra sənətdən uzaqlaşan Duyğu indi aktrisa kimi fəaliyyətə başlayıb.

Qala gecədə bir çox xoşagəlməz hallar da yaşanıb. Aktyorlar tədbirə gec qatılıblar. Qonaqlara isə dəvətnamə verilmədiyi üçün, bir çoxları ayaq üstündə qalıblar və məkanı tərk ediblər.