adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Oktyabr 2017 14:26
13653
DÜNYA

SANKSİYALAR İRANA DÜŞÜR

ABŞyenə İrana yeni sanksiyalar tətbiq edəcəyini söyləyir. Avropadakı qohum-əqrabalarınıda bu məsələdə ABŞ-ı dəstəkləməyə çağırır.

Ammaçox qəribədir ki, İrana nə qədər çox sanksiya tətbiq edirlərsə, İran bir o qədərdə güclənir, daha qüdrətli bir dövlətə çevrilir. 35 ildən çoxdur ki, sanksiyalarbu dövləti az qala dünyadan təcrid edib Amma nə oldu? İran özünün 3000-3500 km vuran raketlərini kəşf etdi.Özünün ən müasir silahlarını yaratdı. Sualtıgəmilər, tanklar istehsal eləməyə başladı. Atom bombasının da bir addımlığındadı.Yəni çox yaxşı başa düşdü ki, qonşuya ümid olan şamsız qalar, ona görə də öz şamınıyandırdı.

İndi bir az da sanksiyalartətbiq eləsələr, yəqin ki, kosmik gəmilər də buraxacaq. Belə bir söz var, ey türk,kəndinə gəl, sən kəndinə gələndə böyük olursan! Qardaşımız Türkiyə kəndinə gələbilmir, amma İran kəndinə gəldi.