adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Fevral 2020 15:16
14675
GÜNDƏM

SANDIQ romanından bir parça

Anuşxala axşamdan bəri özünə yer tapa bilmirdi, sanki rahatlığı əlindən alınmışdı. Özünü çox narahat hiss edirdi. Yuxusu gözündənqaçaq düşmüşdü. Yerində səhərə kimi o yana, bu yana eşələnmişdi.Elə bil yatağına qor dolmuşdular, səhəri dirigözlü açmışdı. Beynizoqquldayırdı. Canında küt ağrı hiss edirdi. Yerində qurcalanıb deyinməyəbaşladı:

–Bu nə bəla idi mən düşdüm, elə bil bədənim qırılır. Canım sızım-sızımsızıldayır. Yerimdən durmağa belə taqətim qalmayıb.

Sinəsindəçırpıntı hiss edirdi. Yerində oturub əlini sürətlə çırpınan sinəsinə sıxdı:

– Daha ürəyim də sözümə baxmaq istəmir, elə bil yerindənçırpınıb çıxacaq. Ufuldanıb dərindən nəfəsaldı: – Ehhh, görünür, mənim də qismətim belə imiş. Ömür boyu səksəkə içindəçarpışıb vuruşdum, səksəkə içində yaşadım. Heç vaxt özümdə bir rahatlıq,dinclik tapa bilmədim. Sonralar eləbildim hər şey yaxşılığa doğru gedəcək, sən demə, yenə də yanılmışam. Yelqanadlı illər gah böyür-başımda tufanqopardı, o tufandan qorunmaq üçün öz qara taleyimin əllərindən möhkəm-möhkəmyapışıb bir təhər dözüb yerimdə qalmağa çalışdım, gah da illərin ölümcül sakitliyininyanımdan çay kimi axıb getdiyini hiss edirdim. Tufan olanda sakitliyə çəkilib daldeylənməyə çalışdım, sakitliyin içindədarıxanda tufana tərəf can atırdım. Keşməkeşli həyat məni həmişə özburulğanında atıb-tuturdu. Nədən beləolduğunun, niyə belə olduğunun fərqində belə ola bilmədim. Başım elə birqatmaqarışıqlar içində oldu ki, heç nədən zövq almaq gücündə deyildim. Həyatdaqazanıcımın-dirəncimin nə olduğununfərqində ola bilmədim.

Yataqda oturub başını küsülü adam kimi önə əymişdi.Əlini sifətində gəzdirib alnını ovuşdururdu. Başını yelləyib dərindənköks ötürdü:

– Həəə, demək belə! Əvvəli yaxşı gətirməyənin,axırının da yaxşı olacağını düşünmək əbəs imiş... Onsuz da mən əvvəldən birgün-güzaran görmədim. Nə əvvəlim yaxşı oldu, nə də ki, axırım. Həmişəqaçaqaçda, qovhaqovda oldum. Özümdə heç cürə dinclik, rahatlıq tapa bilmədım.Keçmişin külündə eşələnmək mənə çox ağır gəlirdi . Ha çalışırdım, havuruşurdum, bu gərginliyin, bu ağrı-acınıniçində itib-batmayım, onu da bacarmadım ki, bacarmadım... Keçmiş həmişəaddımbaaddım məni təqib elədi, qarabaqara məni izlədi. Keçmişləçarpışa-çarpışa, vuruşa-vuruşa gəlib bu yaşa çatdım. Bu vicdansız da sonvaxtlar məni lap cızığımdan çıxarır.Adamda insaf yaxşı şeydir. Bir insafın, mürvətin olsun! Heç olmasa, sənimkan verəydin, bu qoca yaşımda öldüyüm yerdə öləydim.

Qəfildən dərin xəyaldan ayrıldı. Dediyi sözdənyuxu görürmüş kimi diksinib sifətini turşutdu:

– Yox, yox, hələ ölüb eləməyim. Söz yox,ölməkdən-zaddan qoruxmuram. Mənim qorxum başqa şeydi. Öləndə də gərək insankimi öləsən. Deyəsən, o da mənə qismət olmayacaq. Ölənin yaxını, simsarı yanında olar, çətin vaxtında əlindən,ayağından yapışar, amma mənim yanımda heç kəsim yoxdu. Sahibsiz kimi bir şeyəm.Ölüb-eləsəm biabırçılıq olacaq, bilən də olmaz ki, mən ölmüşəm, ya sağam. Buxaraba qalmış evdə indi özümdən başqa kimim var ki, mənim?.. Allah bilir,o da nə vaxt gələcək, ya gəlməyəcək. Bu əcəldə çox kəmfürsətdi, vaxt, vədə tanımır.Çağrılmamış qonaq kimi kefi istəyən vaxt gəlib adamın qapısını döyür,qılığına girir, ya da beyqəfilyaxasından yapışır. Çalış, yaxanı Əzrayılın əlinə vermə, elə ki, yaxandan yapışdı, daha əlçəkən deyil. Heç özünü toxtamağa macal verməyəcək.

Ona elə gəlirdi ağrıdan beyni bu andacaparamparça olub üzü üstə yerə səriləcəkdi. Bədənində soyuq tər hiss edirdi.Soyuqlamış adam kimi titim-titim titrəyirdi. Əlini alnında, sifətində gəzdirdi.Sağ ovcu ilə alnının tərini sildi. Yerindən durmaqdan qorxurdu. Qorxurduki, durub bircə addım atsa, ürəyiqəflətən dayanacaq. Allah bilir, ondansonra aqibəti necə olacaq?

Gecə ha istəmişdi yatıb gözünün acısını alsın,bəlkə yadından çıxara, yata bilməmişdi. Gözlərini yummaqdan qorxmuşdu. Bir azcagözlərinə yuxu gedən kimi ananın fəryadı, ah-naləsi qulağının içində uğuldayırdı. Elə bil, bu anda beyni deşiləcəkdi, səs itialət kimi beyninə işləyirdi. O anlar kino lentı kimi gözünün qarşısından canlanırdı.

Divarın küncünə qısılmış ana körpə qızcıqazıköksünə basıb, başını körpəyə tərəf əyib ilan dili çıxararaq yalvarır.Heç kim ananın yalvarışına məhəl qoymur.Ana yalvardıqca içəridə olan bir neçə nəfər – içkidən keflənmiş saqqallıadamlar qəh-qəh çəkib gülürlər. Birisi səsinin tonunu qaldırıbdeyir: – "Bunun murdar səsi beynimiziapardı. Səsini biryolluq batırmaq lazımdır. Daha nəyi gözləyirik?”

Anuş xala diqqətini toplayıb sifətini turşudur:

– Bu o alçaq Vartanyanın səsidir. Elə biryolluqsənin səsin bataydı, mən də bu müsibətləri görməyəydim, – deyibdeyindi.

Başqabirisi hırıldaya-hırıldaya deyir:

– Ara, gərək düşmənin fəryadından, ah-naləsindənləzzət ala biləsən. Qoy özü üçün nə qədər çığır-bağır salır salsın. Ha, hha,ha. Ara, onu da ona çox görürsən? Bilirsən, onun o eybəcər səsi mənimruhumu necə sakitləşdirir, necə ləzzət alıram.– Dişlərini ağardıbhırıldayırdı:– Haa, ha! Hardan biləsən ki? Gərək duyumun olsun ki, onuduyasan. Ara, bilirsən necə zövqümü oxşayır o murdar səs. Həmişə türkünmurdar səsini eşidəndə təlaş keçirib diksinirdim, bədənim ürpəşirdi, amma bu dəfəelə zövq alıram ki! Ən məlahətli, həzinmusiqi səsi belə bu eybəcər səs qədər mənim ruhuma sakitlik gətirə bilməz. Off,necə ləzzət alıram! Dəymə! Dəymə!Qoy yalvarsın hələ! Görək bu yalvarıb-yaxarmaq ona nə verəcək?

Anuş xala gözünü bir nöqtəyə zilləyib kinoyabaxırmış kimi deyindi: "Bu da o itsifət Mıkırtıçyandı, – dedi. – İt oğluelə it sifətindədir. Onun hərəkətindən,oturuşundan-duruşundan murdarlıq yağır. O qədər murdar xasiyyəti var ki,adam axtarır bir yerindən it kimi qapsın. Onu yaxşı tanıyıram, bir neçə dəfəZoriklə bizə də gəlmişdi. Onda da beləcəsaqqalda idi. Deyəsən, elə bu həmişəsaqqalda olur. Bəlkə də o murdar sifətini gizlətmək üçün saqqal saxlayır. Ammaheç fərq eləmir, əksinə, saqqal onun o murdar sifətini bir az da eybəcərləşdirir.Ondan elə o vaxtdan zəhləm gedirdi. Özündən çox razı, yekəxana danışığıvardı. Həm də haraya qədər desən həyasızınbiridi”.

Ana göynəyə-göynəyə yalvar-yaxar edir:

– Allahınız varsa, sizi and verirəm o bir olanAllaha, balamdan uzaq durun, balama toxunmayın! Məni öldürün, lap diri-diriodda yandırın, tikə-tikə doğrayın, necə istəyirsiniz işgəncə verin, o körpədir,ona yazığınız gəlsin, bircə ona dəyməyin, toxunmayın!

Yazıq qızcığaz sanki ağlamaqdan daqorxurdu. Göz yaşını içində gizlətməyə çalışırdı. Anasının fəryadını,ah-naləsini eşitdikcə balaca qızcığaz kuklasını sinəsinə basıb özünü anasının köksünə sıxırdı.Sanki bununlatəhlükədən qorunurmuş kimi həm özünü, həm də kuklasını gizlətməyəçalışırdı.

Zorik:

– Daha bunu heyvan kimi mələtməyə ehtiyacyoxdu, – deyib içki stolunun arxasından durur, dişlərini ağarda-ağardaanaya yaxınlaşır: – Türkə aman vermək olmaz, türkün kökünü qazımaq lazımdır” –deyib ananın qucağındakı körpəni dartışdırır. Üzünü onlar tərəfə tutub dişiniağardaraq deyir:

– Gərək bu türk küçüyünü anasının gözününqabağında diri-diri yandırasan ki, ağılları başlarına gəlsin.

Anuş xala yenə öz-özünə deyinməyə başladı:"Axı, bu körpənin nədir günahı? O, bu yaşda nə bilir düşmənçəlik nə olanşeydir? Sizin bədnam niyyətinizdən onun nə xəbəri var?! Nə bilsin ki, kim hansıniyyətlə yaşayır. Bu körpəcik hardan bilsin ki, Qarabağ kimin olub, indi kiminolmalıdır? Niyə, nə üçün müharibə edirlər?” – Ufuldanıb başını yellədi: –"Uşağın öz uşaqlıq dünyası var, onu paramparça edəni Allah da bağışlamaz”. Xeylivaxt idi ki, fikrə getmişdi. Başını bir azca qaldırıb deyindi:

– Bəlkə də elə ən böyük günah mənimkidir?! –deyib sifətini turşutdu. – Kaş ki, vaxtı, vədəni geri qaytarmaq mümkün olaydı.Çox şeyi çalışardım ki, yenidən qurub yaradım, amma təəssüf ki, çox-çox gecdir.Nə zamanı geri qaytarmaq mümkündür, nə də ki buna ömür vəfa edər.

Bir vaxtlar türklərdən eşitdiyi misal yadınadüşdü. Elə düz deyirlər, dedi: "İlan zəhəri kərtənkələdən alır, amma insanın bədəninəzəhəri ilan yeridir, kərtənkələ yox”. Heç nəyi gizlətmək yox, etiraf etməklazımdır. Burda mənim də günahım çoxdur. Elə bütün erməni analarının günahıböyükdür. Vaxtında düzgün tərbiyə versəydik, təbliğatı başqa cür aparsaydıq, bəlkədə bu faciələrə heç yol açılmazdı. Bunun kökündə biz erməni qadınların türkkişilərinə qarşı intiqam hissi dayanır. Amma məqsədimizi gizlətsək də,istəklərimizi həyata keçirə bilirik. Hələbaşqaları bir yana, mən özüm boynumaalıram, amma neyləyim ki, açıb-ağarda bilmirəm. Bizim türk kişilərinə qarşınifrətimizdən qaynaqlanır hər şey. Düzdü, əvvəlcə onlara qarşı sevgi hisslərimizbaş qaldırır, böyük eşq yaşayırıq. Aramızda nələr olmur, nələr baş vermir?Hansı duyğular içimizdə baş qaldırmır? Sonra da aramız pozulanda bu sevgihissi bir andaca nifrətə çevrilir. Onu da düz deyiblər, "sevgi ilə nifrətarasında bir addım yol var”. Elə ki, aramızdakı körpü qırıldı, səninayaqların hansı tərəfdə – nifrət tərəfdəmi,sevgi tərəfdəmi qalıbsa, başlayırsan elə o tərəfdən addımlamağa. Nifrət tərəfdənbaşladınsa böyüyüb-böyüyüb içində böyük bir nifrət dağı olacaq. Belə bir faciələrə,bəlalara gətirib çıxaracaq”.

Uşaq ananın köksünə qısılır, başını ananın sinəsinəsıxır. Zorik onu ananın sinəsindən qoparmağa çalışır. Uşaq başınıanasının köksündə gizlədib ayağının arxası ilə Zoriki itələyibağlaya-ağlaya: – Get, get, dəymə mənə, – deyir. Zorik tərəfə baxmamağaçalışır.

Anuş xala yenə ofuldanıb deyinir:–"Yazıq, yazıq körpə, başını anasının köksünə sıxıb gizlənməklə elə bilirbu qaniçənin əlindən qurtula biləcək.Neyləsin məsum körpə, edə biləcəyi başqa bir etiraz əlaməti,arxalanmağa başqa bir dayağımı var?Bu məsum körpə qaniçənə qarşı başqa cür necə etiraz edə bilər?Etirazını ayağı ilə itələməklə bildirir”.

Ana körpəni daha da bağrına sıxır. O,körpəni zorla ananın sinəsindən qoparır. Körpə ucadan çığırıb-bağırır.Zorik körpənin kürəyindən yapışıb əlində sallaya-sallaya ocağın yanına gətirir.Üzünü anaya tərəf çevirib dişlərini ağarda-ağarda, – "Siz türk it uşağına hələbu da azdır” deyib uşağı yananocağın içərisinə atır. Körpə qız uşağının çığır-bağırtısı ananın fəryadınaqarışıb beynində uğuldayırdı, onu rahat buraxmırdı.

Yatağında oturub Zorikin qarasıycadeyindi:– "Gerçəkdən bunun içərisi şeytan xisləti ilə dopdolu imiş.Bunda insanlıq adından bir şey qalmayıb. Eşitmişdim, amma inana bilmirdim,deyirdilər, şeytan adamın içərisinə giribmələyi qovur. Ondan sonra həmin adam şeytanla təmas qurur. Şeytan həmişəçalışır ki, onu pis yola, pis əmələ çəksin. Şeytanın əməlinə uyan adamşeytandan da betər olur. Bunun bu bəd əməllərinin şahidi oldum. Bəlkə də anası olduğumüçün bu bəd əməlləri oğlumayaraşdırmırdım, ona görə də inanmağım gəlmirdi. Daha inamım birə-beş artdı.O, nifrətə layiqdir. Belə olmasaydı, o,bu əməlləri törətməzdi. Bu nə müsibətdi! İnsan olan kəs bu qədər də qəddar,qaniçən olarmı? Vicdanı olan, qanında, canında bir balaca insanlıqdanpayı olan bu vəhşiliyi törədə bilərmi?

Kaş o kitabı heç oxumayaydım. Heç bu müsibətdənxəbərim olmayaydı. Onun belə bir vəhşi olduğunu heç bilməyəydim. Bəlkəonda rahat olardım. Öləndə də rahat ölərdim. Bilmirəm, mən niyə o kitabı əliməalıb oxudum, o kitab nədən məni özünə cəkdi, o kitab haradan əlimə keçdi! İndənsonra belə bir əməlin sahibi olan insanı mən necə bağışlaya bilərəm?!”

***

Canındakı sıxıntı hələ keçməmişdi. Axşamkıyuxunun havası başını dumanlandırırdı. Dərin düşüncələr onu özündən çoxuzaqlara aparıb-gətirirdi. Bir yanda bənd alıb otura bilmirdi. Gah bayıraçıxıb həyət-bacada fırlanır, gah da otağa qayıdıb beynində nəyisəölçüb-biçirdi: "Eh! Otağa girirəm, elə bilirəm, divarlar üstümə yeriyir, bayıraçıxıram dünya başıma fırlanır. Belə də şey olar? Həyət-bacaya baxanda yağı görsəyazığı gələr. Daha əvvəlki vaxtlarım deyil, dizimin o taqəti qalmayıb, canım tutmur ki, nəsəbir işin qulpundan yapışım. Yerimdən zorla qalxıram. Heyif deyil cavanlıq,heyif deyil o günlər”.

Təəssüflə başını yelləyib deyindi:

– Demək mən də qocalmışam! Hərdən oturub fikirləşəndəcavanlığım özümə xəyal kimi görünür. Arada öz-özümə deyinib dururam. Başqakimim var, kimə deyim, ən böyük dərdimi-sərimi də, elə sevincimi də özümləbölüşürəm. Deyirəm, eh, Anuş, sənin də gözəgəlimli vaxtların, gözəlçağların olub. Atlını atdan salan baxışların var idi. Yeriyəndə elə bilirdin, ayağının altında yer titrəyəcək. Bığıburmacavanlar arxanca həsrətlə baxıb köks ötürərdilər. Sən də çox vaxtıgördüyünü görməməzliyə, eşitdiyini qulaqardına vurardın. Belədi də, elə ki, əldən, ayaqdan düşdün daha səni sayasalmırlar. Hələ kənardakılar bir yana qalsın, heç özününkülər səni vecinə alıb it yerinə qoyur ki?! Deyən yoxdu burda bir qançıq anam var,yaxud nənəm var. Hərə başını götürüb bir çəhənnəmə əkilib. Həyət-bacada, ev-eşik də elə mənim kimi yiyəsiz, kimsəsız qalıb. Vaxt var idi, işə dəgedirdim, ev-eşiyə də baxırdım. Həyət-baca gül qoxuyurdu. Bağa-baxçaya girəndəadam zövq alırdı. Nə işimdən narazılıq edən var idi, nə də evdən-eşikdən əlimisoyudurdum. Ən çətin doğuşda məni çağırırdılar. Bilirdilər ki, Anuşsuz kündələriküt gedəcək. Amma haqq üçün hörmətimi də saxlayırdılar. İndi dövran dəyişib, buxaraba qalmış evin altında tək qalmışam. Zorikin də kefinə düşəndə gəlibçıxır evə, kefinə düşməyəndə də daşı atılır, aylarla evdə tapılmır. Bilmirsən, haraya cəhənnəm olur. Deyirəm, abala, haralardasan? Mənə nə desə yaxşıdı, "işim-gücüm başımdan aşır,mühüm işlərlə məşğulam”. Bilmirsən hansımühüm işlərlə məşğuldur? Heç bunun əməlindən baş açan varmı? Allah da bunun əməlindən baş aça bilməz! Bu boyda ev-eşik xarabaxana qalıb, elə bil, burda adam yaşamır. Hamı qırılıb, tək-tənhaquru yurdda qalmışam. Ölsəm heç kimin xəbəri də olmaz ki, mən ölmüşəm ya diriyəm.Vallah, aylarla meyidim evin bir küncündə qalacaq. Gecələr çaqqallarınulaşmasından qulaq tutulur, səhərə kimi yatmaq da olmur. Gündüzlər həyat-bacadalal sükut baş alıb gedir. Elə bilirsən, dörd bir yanın yasa batıb. Nə çağıran var, nə səsinə hay verənvar. Yayda yenə bir təhər dözmək olur. Elə ki, qış gəldi gecələr çox ölgünkeçir. Elə bilirsən, bir gecən bir ilə bərabərdi.

Vaxt var idi, buralarda bir şənlik var idi, gəlgörəsən. Türk erməniyə, erməni türkə qarışmışdı. Azdan, çoxdan ruslar daolurdu, başqa millətlərdən də var idi. İndi buralarda ermənilər bayquşkimi tək qalıb, tək yaşayırlar.

Hərənin öz işi-gücü var idi. Heç kəs heç kiminişinə baş soxmazdı, hamı öz işiylə-gücüylə məşğul olurdu. Bir yerdə əkər-becərərdik.Heç kəs cınqırını da çıxara bilməzdi. Səsi çıxanın boğazına qurğuşun əridib tökərdilər,bir də dilinə başqa söz gətirməzdi. Vallah, elə belə yaxşı idi. Bu nədir? Hər tərəfdə elə bil bayquşulayır. Elə onda da görürdün ki, arada bir bu zibil ermənilər arayaşuluqluq salırdılar. Bunların bünövrədən şuluqluq qatmaq, ara qarışdırmaq peşəsidi,canında-qanında var axı. Belə də şey olar?! Yaşamayacaqdınızsa bu bədbəxtinsanları niyə yerindən-yurdundan didərgin saldınız? Nəyinizə gərəkdir buxarabaxana qalmış yurd-yuva? Nəyinizə gərəkdir viran qoyduğunuz Qarabağ? Heç buboyda qan tökməyə dəyərdimi? Kim qalıb qoca-qoltaxdan, bir də imkansız,yazıq-yuzuqdan savayı?

Qırılmışlar, hərəsi gətirib bir qoca-qoltağıburaya atıb, cəhənnəm olublar, hərə öz kefində, damğındadı. Kim öldü, kim qaldınəylərinə gərəkdi. Mən də ağzımı açıb bir söz deyəndə nə desələr yaxşıdı?– "Sən qocaldıqca nə çox deyinib-danışırsan, otur oturduğun yerdə, niyə bizimişimizə qarışırsan? Sənin nəyinə gərəkdir biz hara gedirik, hardan gəlirik?İndi dövran dəyişib. Gərək zamanə ilə ayaqlaşa biləsən. Qapılıb buradaömrümüzü-günümüzü çürüdəsi deyilik ki”.

İki ildən çoxdur ki, üzlərini gor görmüşlərinüzlərini də görə bilmirəm. Gələndə də kefə-damağa gəlirlər. Beş-on gün dəm-dəsgahqurub, sonra hərəsi bir tərəfə əkilirlər.

Görmüsəm arvad-uşaq evində-eşiyində olar. Düşəninigötürər, qaçanını teyləyər. Bunlar eləməz! Bunlarda tam başqa cürdü. Oğulgedib Fransada veyillənir, arvad dagedib oğlunun yanını kəsdirib, guya ki, oğlunu çox istəyir, ondan ayrı durabilmir. Külümü qoyum sənin arvad başına, səninki oğuldu, başqasınınki oğuldeyil?! Denən ki, canıma əziyyət vermək istəmirəm, rahatlığa qaçıram.Bunun danışdığı sözə bir bax, sən Allah! Qız da ki, Amerkadadı hardadı, heçdoğru-dürüst yerini-yurdunu da bilmirəm. Bu da ki heç”.

Əlini stolun oturacaq hissəsinə dirəyib ayağadurdu. Əsanı əlinə alıb dodağının altından deyinə-deyinə çölə çıxdı.

***

Maşın qalxan istiqamətdə yol dikəldikcə dərə dədərinləşirdi. Dərədən sol tərəfdə həyətevləri görünürdü. Həyatyanı məhlələrdə təzəcəpuçurlamağa başlayan, bəziləri çiçəkləyibağ duvağa bürünmüş gəlin kimi diqqəti cəlb edən meyvə ağacları gözəçarpırdı.

Dərə iləəkin sahəsini çox sıx olan qaratikan kolları ayırırdı. Qaratikan kollarınınarasından söyüd ağacları göyə boy verirdi.Yol qalxıb sağa dönənistiqamətdə nazık sısqa çay yola qoyulan körpüdən dərə uzunu axırdı. Yol sağadöndükdə, ona paralel istiqamətdə əkin yeri dəmir torla hasarlanmışdı. Hasardanyola tərəfə qaratikan kollarısıx-sıx əkilmişdi.

Hündürqaratikan kollarından ev görünməz olmuşdu.

Evə sağa dönən yoldan, məhlənin orta hissəsindənyol ayrılırdı. Həyətə göy rəngli dəmir darvaza qoyulmuşdu. Darvazanın göy rəngiartıq soluxmuşdu. Çox yerdən rəngi tökülüb pas atmışdı. Hiss olunurdu ki,çoxdan qoyulmuş darvazadır.

Evlə darvaza qapı arasındakı məsafə 150 metrə qədərolardı. Evə gedən yolda – yolun kənarına həm sağ tərəfdə, həm də sol tərəfdəalma ağacları əkilmişdi. Ağacların hündürlüyündən bilinirdi ki, ən azı 20 ilinağaclarıdı. Evin yerləşdiyi yer söt olduğundan, iki otaqlı, qarşıda eyvanı olanev aşağı hissədən iki mərtəbəli, yuxarı başdan bir mərtəbəli görünürdü. Yuxarıdanevin qarşısından xeyli qabağa çıxan balaca eyvanın qapısı birbaşa həyətəaçılırdı. Həyətlə məhlə dəmir torla ayrılmışdı. Eyvanın çıxacağı ilə üzbəüzböyük bir alma ağacı var idi. Ağacın dibinə əldəqayırma stol bərkidilmişdi.

Məhlə ilə yolun arası hündür idi. Məhlə yoldanxeyli çökəklikdə yerləşirdi. Görünür, yol çəkiləndə əlavə daş, torpaq tökübyolu hündürləşdirmişdilər.

Əkin yerində də çoxlu ağaclar gözə çarpırdı.Çılpaq ağaclar sanki keşikçi kimi ətrafa nəzər salıb məsum, yazıq bir görkəmalmışdı. Baxımsızlıq ucundan ağacların ətrafını kol-kos basıb. Bağdan çox meşəyəbənzəyirdi. Maşınla gəlib keçənlər Zorikin evi olduğuna görə o evə gözucu baxıb keçirdilər.

Həyət-bacada arada-sırada bir yaşlı qadıngörünürdü. Burdan keçənlər qadını görəndə onun haqqında deyinib keçərdi:

– Bu ev də onların evidir. Görəsən indiharalardadır? Xarabasında olmaz əşi. O nə vaxt xarabasında tapılır ki? İndi nəbilirsən daşı hayana atılıb, – deyərdilər.