adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Aprel 2019 17:33
31965
MƏDƏNİYYƏT

Salam, balacaların köhnə dostu

İldırım sürəti ilə dəyişən texnologiyalar dövründəuşaqlarda teatr tamaşalarına baxmaq vərdişi oyatmaq, canlı ünsiyyət vasitəsiolan bu sənəti təşviq etmək aktual məsələlərdən biridir. Azərbaycan DövlətAkademik Musiqili Teatrı da bununla bağlı daim addımlar atır, məktəb yaşlıtamaşaçılarını diqqətdə saxlayır.

Kollektiv bu günlərdə uşaqlar üçün yeni bir tamaşahazırlayıb. "Buratino” musiqili nağıl-tamaşanın premyerası maraqla qarşılanıb.

Hərölkədə tanınan

Tanınmış rus yazıçısı Aleksey Tolstoyun qələməaldığı "Qızıl açar və yaxud Buratinonun macəraları” povesti bütün dünyadaməşhurdur. Ötən əsrin 30-cu illərindən başlayaraq bu əsər müxtəlif dillərətərcümə edilib, ayrı-ayrı ölkələrin səhnələrində fərqli quruluşlarda səhnəyəqoyulub, ekranlaşdırılıb. Azərbaycan teatrları da zaman-zaman oduncaq uşaqdanbəhs edən povesti səhnələşdirərək balaca tamaşaçılarına təqdim ediblər.

Tamaşanın qəhrəmanları Dövlət Akademik MusiqiliTeatrının səhnəsində də ilk dəfə deyil ki, görünürlər. Bu teatrın nəzdindəfəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyası hələ bir neçə il əvvəlbalacaların öz ifasında "Buratino” tamaşasını hazırlamışdı. Elməddin Dadaşovunquruluş verdiyi həmin tamaşa maraqla qarşılanmışdı. Teatrın direktoru, Əməkdarincəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin bədiirəhbər olduğu budəfəki "Buratino” tamaşasına quruluş vermək yenə bu istedadlıgənc rejissora həvalə edilib. Bir qədər irəli gedərək qeyd edək ki, ElməddinDadaşov teatr rəhbərliyinin etimadını doğruldaraq balaca tamaşaçılar üçünmaraqlı səhnə əsəri ərsəyə gətirib.

"Buratino” balacaları tənbəlliyin daşını atmağaçağırır, ağıllı, cəsur olmağa səsləyir, təhsilə təşviq edir. Tamaşanın yaradıcıheyəti əsərin əsas ruhunu qorumağa çalışıb. Yeri gəlmişkən, bu məşhur səhnəəsəri Nicat Kazımovun tərcüməsi əsasında hazırlanıb.

Qoca Papa Karlo (Ağaxan Şərifov) günlərin birində taxtadanadam fiquru düzəltmək qərarına gəlir. Bütün nağıllarda olduğu kimi, "Buratno”dada möcüzə baş verir və oduncaq adam danışmağa, hərəkət etməyə başlayır. Ancaqbu oduncaq uşaq-Buratino (gənc aktyor Zaur Əliyev) tənbəl və ərköyündür, yazıb-oxumaqlaheç arası yoxdur, Qoca Karlonun aldığı "Əlifba” kitabına gözünün ucu ilə dəbaxmaq istəmir. Papa Karlo günlərin birində oduncaq adama teatr bileti alır.Teatrda baş verənləri ilk dəfə izləyən Buratinonun həyata baxışı dəyişir, o,anlayır ki, Karabas Barabas (Möylə Mirəzliyev) kimi əzazil adama, Tülkü Alisa(Əməkdar artist Nahidə Orucova) və Pişik Bazilio (Ruslan Mürsəlov) kimihiyləgərlərə qalib gəlmək üçün hökmən təhsil almaq, savadlanmaq vacibdir.Buratino məhz Tartilla (Telnaz Hüseynova), Qurbağa Bubi (Mehriban Rəcəbova)kimi xeyirxahların məsləhətinə qulaq asaraq dərslərinə fikir verir, oxumağa vəöyrənməyə diqqət ayırmağa başlayır. Özünə Pyero (Səmədzadə Xasıyev), Malvina(Gülnarə Əzizova), Cırcırama (Nərmin Əliyeva), Artimon (Elnarə Nağdəliyeva) kimiyeni dostlar qazanır. Qazandığı təzə dostlarının köməyi ilə Qızıl açara sahibolur.

Alqışdanpay qazananlar

"Buratino” üzərində çalışan kollektiv al-əlvangeyimləri, rəngarəng dekorasiyaları, oynaq musiqiləri və balet truppasınınrəqsləri ilə yadda qalan bir tamaşa ərsəyə gətiriblər. Quruluşçu rejissorElməddin Dadaşov yeni səhnə əsərinin həm də musiqi tərtibatçısıdır. Premyerayagələn balaca tamaşaçılar və onların valideynləri quruluşçu rəssam VüsalRəhimin, geyim üzrə rəssam Yelena Almazovanın, quruluşçu baletmeysterlərƏməkdar artistlər Zakir Ağayev və Yelena Ağayevanın, konsertmeyster FidanBabayevanın və rejissor assistenti Sevinc Məmmədovanın birgə işinə guralqışlarla yüksək qiymət veriblər.

İnanırıq ki, Dövlət Akademik Musiqili Teatrınınkollektivi gələcəkdə də məktəb yaşlı tamaşaçılarını unutmayacaq, onlarayeni-yeni və maraqlı səhnə əsərləri təqdim etməyi bacaracaq.

Etibar CƏBRAYILOĞLU