adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Fevral 2017 13:40
5266
MƏMLƏKƏT

SAKİNLƏRİ NİYƏ ALDADIRLAR?

Bu gün bir çox sakinləryeni inşa edilmiş yüksək mərtəbəli binalarda(«novostroyka») mənzil almağa daha çox maraq göstərirlər. Çünki bu binalardakı mənzillərgenişdir və hər cür şərait vardır. Başqa sözlə demiş olsaq, həmin binalarda yaşamaqinsanlar üçün daha rahatdır. Onunla işimiz yoxdur. Kim harda istəyir orda mənzilala bilər və yaşayar.

Ancaq son vaxtlarbu binalarda yaşayanların bir məsələ ilə bağlı narahatlığı vardır. Bu da onunlabağlıdır ki, həmin binalarda mənzil alıbyaşayanlar əlavə haqq ödəməkdən lap beziblər. Düzdür, hər bir sakin kommunal xərcləriödəməyə borcludur. Əlbəttə, kimsə işığın da, qazın da, suyun da, liftin də, lapeləcə tullantıların da pulunu ödəməlidir. Bunun başqa cür çıxış yolu yoxdur.

Təəssüflə qeyd etməliyikki, bir çox yeni tikilmiş binalarda yaşayan sakinlər kommunal xərclərin onlardanhəddindən çox alındığını bildirirlər. Onlar deyirlər ki, köhnə binalarla kommunalxərc üçün uzaqbaşı ayda 10-15 manat pul ödənilirsə, təkcə xidmətə və eləcə də məişəttullantılarının daşınmasına görə, biz 50-60 manat hər ay pul ödəməliyik. Binalarınsahibləri özlərini ağa kimi aparır və bu pulu verməyənləri incidir və hətta işığını,qazını kəsdirir. Kimin ağzı nədir ki, onların dediyi ilə oturub-durmasın. Bax, ondabir həngamə baş verir ki, gəl görəsən.

Bir afktı da qeydedək ki, əgər hər hansı yeni tikilmiş binanın mənzilləri sakinlər tərəfindən özəlləşdirilirsə,(yəni kupça alınırsa) bu insanlar heç də bu qədər artıq pul ödəməyə borclu deyil.Çünki mülkiyyətin sahibi artıq onu tikibistifadəyə vermiş şirkət deyil, həmin binada mənzilləri özəlləşdirib yaşayan sakinlərdilər.Demək buradan belə məntiqi nəticə çıxır ki, bir çox şirkətlər insanları aldatmaqlaməşğuldular və onlar tikib istifadəyə verdikləri özəlləşdirilmiş binada özünü ağakimi aparırlar.

Həmin məsələ iləbağlı bir neçə hüquqşünasın və ekspertin fikirlərini öyrəndik. Onlar bildirdilərki, əgər bina sakinlər tərəfindən özəlləşdirilibsə, həmin binanın təsərrüfat, idarəetməişlərini onu inşa etmiş şirkət heç cürə icra etmək hüququna malik deyil. Belə binalarınsakinləri bir yerə yığışb hər hansı bir formada yeni bir qurum yarada bilərlər vəo yeni quruma da sakinlərdən birinə rəhbərlik etmək səlahiyyəti verilər. Gərək burdada sakinlərin 50 faizi bu məsələdə eyni fikirdə olsunlar. Əgər bu sakinlər qeydetdiyimiz kimi, ortaq məxrəcə gələrlərsə, onlar yeni qurum yarada bilər və binanınmənzil kommunal məsələlərini özləri həll etməyə qadir olarlar.

Toxunulan problemlərləəlaqədar İqtisadiyyat Nazirliyindən də münasibət bildirilib. Nazirliyin sözçüsübildirib ki, həmin məsələlərlə bağlı yeni istifadəyə verilmiş binaların sakinləribizə də müraciət edə bilərlər. Əgər binalardakı mənzillər özəlləşdirilibsə, bizonlara öz köməkliymizi göstərərək yeni qurumun yaradılmasına yardımçı ola bilərik.

Göründüyü kimi, qaldırılanməsələlər hüquqi baxımıdan da bina sakinlərinin xeyrinə həll oluna bilər. Yəni bucür binalarda yaşayan və özəlləşdirilmiş mənzil sahibləri mövcud problemi çox asanlıqlahəll edə bilərlər. Sadəcə olaraq həmin binada yaşayan sakinlər bir məqsədə xidmətetməli və yığışaraq özlərinin birliyini yaratmalıdılar. Əgər bu birlik və hər hansıqurum yaradılarsa, təbii ki, bununla da mənzilləri tikib özlərini ağa kimi aparanşirkətlərdən sakinlər canlarını xilas edə bilərlər.

Bakıda neçə-neçəbu cür binalar vardır. Və onlarda da yaşayan sakinlər mövcud problemdən xilas olmaqüçün çıxış yolları axtarır. Yuxarıda da qeyd etdiyimiz kimi, ayrı-ayrı mütəxəssislərvə ekspertlər bu çıxış yollarını göstərib. Deməli, bircə qalıb həmin binanın sakinlərininhərəkətə keçməsinə. Bu da onların tay özlərindən asılıdır.

Faiq QİSMƏTOĞLU