Sahibsiz itlərin yaşatdığı faciələr
Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində sahibsiz itlər sözün əsl mənasında qəsəbə sakinlərinə meydan oxuyur.
Adalet.az xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində Köndələn deyilən ərazidə sahibsiz itlər orada yaşayan sakinlərə hücum çəkirlər. Sözügedən ərazidə yaşayan Leyla Əhmədovanın sözlərinə görə, uşaqlar tək məhləyə çıxa bilmirlər: "Bir neçə ay məhləmizdə iki azyaşlı uşağı it dişləmişdi. Ailələr həyəcan içindədir. Heç bir qurum şikayətimizə cavab vermir"
Qeyd edək ki, oxşar hadisə yaxın keçmişdə Masazır qəsəbəsində də baş vermişdir.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27