Sahibkarları yoxlamaq üçün qeydiyyat əsas şərt oldu
Ədliyyə Nazirliyindən qeydiyyat keçməyən təşkilatlar bundan sonra hər hansı müəssisənin, sahibkarın fəaliyyətini yoxlaya bilməyəcəklər.
Bu barədə Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov məlumat verib.
Onun sözlərinə görə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qəbulundan irəli gələrək xeyli sayda qanunlara təklif olunan dəyişiklikdə belə bir məqam öz əksini tapıb:
"Həmin dəyişikliyə əsasən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyən heç bir qurum, heç bir təşkilat bundan sonra sahibkarları, iş adamlarını yoxlaya bilməyəcək. Yoxlama aparmaq üçün onlar mütləq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli olacaqlar. Bu, olduqca çox müsbət və əhəmiyyətli bir addımdır. Şəxsən mən bu addımı çox yüksək qiymətləndirirəm".
Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qəbulu ilə bağlı "Sahibkarlıq fəaliyyəti haqqında", "Qiymətli kağızlar haqqında", "İnvestisiya fondları haqqında" və sair qanunlara məlum dəyişiklik təklif olunub.
Digər Xəbərlər
06 May 2024 09:37
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
05 May 2024 17:29Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13