Sahibə Qafarova: “Düşmənin xain əməlləri cəzasız qalmayacaq”
Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədərək cəbhə zonasından uzaqda yerləşən əraziləri və mülki əhalini atəşə tutur.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
Spiker bildirib ki, düşmənin bu xain əməlləri cəzasız qalmayacaq: “Terrorçu Ermənistan cəbhə zonasından kənarda Azərbaycanın günahsız insanlarını, uşaqları qətlə yetirir. Düşmən bilməlidir ki, bu xain əməllərin heç biri cəzasız qalmır və qalmayacaq. Azərbaycan Ordusu hər gün bizə qələbə sevinci yaşadır. Müzəffər Ordumuz başladığı işi sona çatdıracaq”.
Digər Xəbərlər
06 May 2024 12:57
Prezident bu Sazişi təsdiqlədi
06 May 2024 12:53Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı
06 May 2024 11:46İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
06 May 2024 06:01Türk dövlətləri dünya iqtisadi məkanında
05 May 2024 19:47