adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Mart 2019 14:42
16626
GÜNDƏM

Sahib Məmmədov: Biz nəyi və niyə tənqid edirik?

VəkillərKollegiyasının Rəyasət Heyəti əvvəlki, utancverici binadan daha yaxşı, abadbinaya köçüb. Bunun nəyi pisdir? Yeni vəkil büroları yaranır və təmir olunur.Bunun nəyi pisdir?

Vəkilliyəqəbul proseduru mütəmadi edilib. Hər zaman sənəd təqdim etmək olar. Müəyyən saytoplanan kimi imtahan prosesinə start verilir və s. Bunlar hamısı pozitivproseslərdir və ölkədə ədalət mühakiməsinin təmin olunması üçün vacib şərtlərdir.

Mən də VəkillərKollegiyasında gedən prosesləri izləyirəm. Müşahidələrim göstərir ki, VəkillərKollegiyası hazırda xeyli strateji hədəflərmüəyyən edib və həmin hədəflərə doğru gedir. Fikrimcə, bu hədəfləraşağıdakılardır:

- Müdafiə İnstitutunun ədalət mühakiməsi sitemindəlayiq olduğu yeri tutması və vəkil nüfuzunun artırılması.

- Əhali sayına düşən vəkillərin sayının orta Avropagöstəricilərinə yaxınlaşdırılması.

- Vəkillərin ölkə üzrə proporsional olaraq coğrafi paylanmasının təmin edilməsi.

- Vəkillərin peşəkarlığının artırılması.

- Vəkillərin etik-davranış qaydalarına əməl etməsinənail olunmaq.

- Vəkillərin vergi və sosial ödəmə yükününazaldılması və vəkillərin sosial təminatının yaxşılaşdırılması.

- Vəkillərin peşə təşkilatının beynəlxalq arenayainteqrasiyası və müvafiq beynəlxalq təşkilatlarla əlaqələrinin möhkəmləndirilməsi.

- Vəkillərin ölkənin ictimai, mədəni və idman həyatındaiştirakının təmin olunması.

Yalnız bir il ərzində bu hədəflərə çatmaq üçüngörülən işlərə nəzər salmaq kifayətdir. Mənim gözləntim odur ki, bu hədəflərəçatmaq üçün bir neçə il kifayət edəcək.

Ədalət mühakiməsinin təmin olunması ilə bağlıproblemlər də diqqət mərkəzindədir. Obyektiv tənqidlə yanaşı, qərəzli yanaşmalarda çoxdur.

İlk növbədə ədalət mühakiməsinin problemləri deyəndəyada düşən məhkəmələrdir. Halbuki, cinayət işlərində istintaq prosesi, məhkəməprosesi və məhkəmə qərarı (hökmü, qətnaməsi və s.) və məhkəmə qərarlarınınicrası kimi mərhələlər var. Mülki işlərdə də ən azı məhkəmə və məhkəmə qərarınınicrası mərhələləri var. Bunların hamısı bir yerdə effektiv işləmədikcə ədalətlimühakimənin təmin olunmasından əminliklə danışmaq olmaz. İnsan Hüquqları vəƏsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi də ədalətliməhkəmə araşdırması dedikdə məhz bu proseslərin məcmusunu nəzərdə tutur. Ədalətmühakiməsi prosesinin bütün mərhələlərində effektiv müdafiə institutu təminedilməlidir.

Konstitusiyanın 61-ci maddəsi qanunda nəzərdətutulmuş hallarda dövlət hesabına ödənişsiz hüquqi yardımı nəzərdə tutur. Ammakonstitusiyanın bu müddəasını təmin edən qanun hələ də yoxdur. Vaxtilə Vəkillər Kollegiyasının indiki sədriAnar Bağırovun təşəbbüsü ilə müvafiq layihə hazırlananda bu layihəni indikollegiyanı tənqid edənlərin xeyli hissəsi topa tutmuşdu.

Destruktiv tənqiddən asan heç nə yoxdur.Konstruktiv tənqid isə savad və məntiq tələb edir. Bir də qərəzsiz olmağı.

Sahib Məmmədov