adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2024 09:46
1102
MƏMLƏKƏT

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Əvvəlcədən xəbər verildiyi kimi, aprelin 15-i saat 9:00-a olan məlumata əsasən aprelin 14-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, Şahdağda qar yağıb.

Bu barədə Adalet.az-a ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 9 sm olub.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 28 mm, Baş Daşağıl (Oğuz), Əlibəydə (Zaqatala) 23 mm, Qəbələdə 8 mm, Balakəndə 7 mm, İsmayıllı, Göyçay, Ağsu, Bərdə, Qrız, Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Kürdəmir, Qusar, Yevlax, Quba, Tərtər, Şamaxıda 5 mm-dək olub.

Aprelin 14-də şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.

Biləsuvar, Şahdağ, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20-25 dərəcə, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

Yağıntılı hava şəraiti aprelin 15-i axşam saatlarından tədricən kəsiləcək. 16-17-də ölkə ərazisində havanın sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək.