Şahbuzda çoban minaya düşdü - YENİLƏNİB
Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.
Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.
***
11 avqust, saat 23:11
Şahbuzda çoban minaya düşüb.
Adalet.az xəbər verir ki, minaya düşən şəxs Şahbuzun "Qanlıgöl" yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini, 2005-ci il təvəllüdlü Sultanov Bəxtiyar İslam oğludur.
B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
23 Dekabr 2025 12:05
28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı məhkəmədə ittiham elan olundu
22 Dekabr 2025 11:34
Geomaqnit qasırğası gözlənilir
22 Dekabr 2025 10:47
Bakıda bacı-qardaş faciəli şəkildə öldülər
22 Dekabr 2025 09:59
Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq
22 Dekabr 2025 09:18
Bakıda kişi evdə yanaraq öldü
19 Dekabr 2025 18:48
Ataları tərəfindən döyülən uşaqlar xəstəxanaya yerləşdirildi
19 Dekabr 2025 16:22
İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - VİDEO
19 Dekabr 2025 15:25


Bakı -°C

