Şahbaz Şərifin Azərbaycana səfərinin tarixi müəyyənləşdi
Pakistanın Baş naziri Şahbaz Şərif fevralın 24-də Azərbaycana səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Pakistanın “The News International” nəşri mənbələrə istinadən məlumat yayıb.
"Azərbaycana səfər fevralın 24-də başlayacaq və Baş nazir burada üç gün qalacaq. Bakıda Pakistana 2 milyard dollar məbləğində investisiya qoyuluşu ilə bağlı sazişlər imzalanacaq. Bu investisiya sazişləri neft və qaz kəşfiyyatı, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılmasına yönələcək ki, bu da bu mühüm sahələrdə gələcək əməkdaşlıq üçün yol açacaq", - nəşr qeyd edib.
Baş nazir Ş.Şərifin Azərbaycan biznes-liderləri ilə görüşlər keçirəcəyi və Azərbaycan şirkətlərini Pakistana investisiya yatırmağa və biznes müəssisələri açmağa dəvət edəcəyi gözlənilir.
Azərbaycandan sonra Pakistan Baş naziri iki günlük səfərlə Özbəkistana gedəcək.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

