Sağlamlıq imkanları məhdud 18 gənc tələbə oldu
Hazırda muxtar respublika əhalisinin 35,79 faizini uşaqlar təşkil edir. Bunlardan 113-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 1847-si sağlamlıq imkanları məhdud uşaqlardır.
Bunu Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib.
Onun sözlərinə görə, 2019-cu ildə 1515 uşaq ali təhsil müəssisələrinə qəbul olub ki, bunlardan 18-i sağlamlıq imkanları məhdud, 4-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır.
"Bu il qəbul imtahanlarında 281 uşaq 500-700 arası bal toplayıb. Bunlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Bu il orta ixtisas təhsili müəssisələrinə qəbul olanlardan 5-i isə bu kateqoriyadan olan uşaqlardır".
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48