Sabunçuda əməliyyat - 5 kq narkotik vasitə aşkarlandı - VİDEO
Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. Əməliyyat zamanı narkokuryerliklə məşğul olan əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş İlkin Aslan saxlanılıb.
Adalet.az xəbər verir ki, ondan 5 kiloqram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və ayrı-ayrı ünvanlara çatdırmaq müqabilində pul alacağını bildirib. Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma davam etdirilir.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 70 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Digər Xəbərlər
08 Dekabr 2025 16:07
Ana həbsdə olan oğluna telefon keçirmək istədi
08 Dekabr 2025 12:42
İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTOLAR
08 Dekabr 2025 10:15
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
07 Dekabr 2025 16:42
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanıldı
06 Dekabr 2025 20:20
Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi
06 Dekabr 2025 12:36
Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı
05 Dekabr 2025 16:11
DİN və AQTA birgə tədbir keçirdi - 1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO
05 Dekabr 2025 10:04


Bakı -°C

