Sabunçu qəsəbəsində yollar pis haldadır...

Sabunçu rayonu Sabunçu qəsəbəsində Yefim Saratov küçəsində əhalinin yollarla bağlı narazılığı səs-küyə səbəb olub.
Adalet.az xəbər verir ki, həmin ünvanda yaşayan sakinlər yolların nahamar olmağından, asfalt yolun olmamasından şikayətçidir. Sakinlərin sözlərinə görə, onlar məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ediblər. Lakin onların müraciətləri cavabsız qalıb.
Əntiqə