adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Fevral 2015 13:39
3270
ƏDƏBİYYAT

Sabir Rüstəmxanlı: “Azərbaycan yazıçılarının ən böyük bəlası onların qorxaqlığıdır”

"Azərbaycanyazıçılarının ən böyük bəlası onların qorxaqlığıdır”. Xalq şairiSabir Rüstəmxanlı Kulis.az-a müsahibəsində belə deyib. Onun sözlərinə görə, yazıçıömrünü öz içindəki senzurayla mübarizəyə həsr etməməlidir: "Bizim təhsil vətərbiyə sistemimizdə ən böyük problem budur ki, çox vaxt tərbiyə iləələbaxanlığı qarışıq salırıq. Bizdə bağçadan tutmuş ali məktəbəcən bütünfənlərdən yuxarı duran bir fənn var: Qorxu fənni! Biz uşaqlarımıza qorxuöyrədirik. Məncə, bütün məğlubiyyətlərimizin kökündə bu qorxu amili dayanır.Şəxsiyyət azadlığı vacibdir. Yaltaqlıq və qorxaqlıq bizim milli əxlaqımızıpozan bir şeydir. Təəssüf ki, bu, ədəbiyyata da yol tapıb.

 

Xalq şairi, həmçinin, nəsr və şeir mövzularına da toxunub: "Bəzənproblem şeirdə daha güclü ifadə olunur. Elə şair var ki, onun ruhu öz şəxsiduyğularına köklənir. Elə şair də var ki, doğuluşdan düşüncəsinin ictimaitərəfi daha ağırdır. Mən şair-yazıçıları millətin taleyindən, cəmiyyətinproblemlərindən ayrı təsəvvür etmirəm. Amma, təbii ki, lirika da ciddiədəbiyyatdır. Bunun hansı daha ciddidi, hansı daha uzunömürlüdü, demək çətindi.Vaqifin "Görmədim” müxəmməsi də yaşayır, aşiqanə qoşmaları da! Füzulininqəzəlləri də yaşayır, "Salam verdim rüşvət deyildir deyə almadılar” fikri də.Amma o dövrü o qəzəllərdən çox, bu fikirlərlə xarakterizə eləmək olur. Birmisal da deyim: görüşlərdə mən daha çox vətəndaşlıq şeirləri oxuyurdum, NüsrətKəsəmənli lirik şeirlər. Onu məndən çox alqışlayırdılar. 80-ci illərdə vəziyyətdəyişdi, məni daha çox alqışlamağa başladılar. Hər dövrün öz ab-havası olur vəbu zaman-zaman biri-birini əvəzləyir”.