Sabiq rəisə hökm oxundu - General rütbəsindən məhrum edilməsi üçün təqdimat verildi
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Adalet.az xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən Tofiq Həsənov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Həmçinin, təqsirləndirilən şəxsin “ədliyyə general-mayoru” rütbəsindən və “Vətən uğrunda medalından” mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndərilməsi istənilib.
Prokuror Tofiq Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsrili bilinməklə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
Qeyd edək ki, barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə keçmiş Xidmət rəisi Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.
Digər Xəbərlər
19 Dekabr 2025 19:04
Kamran Əsədovla bağlı QƏRAR VERİLDİ
18 Dekabr 2025 13:29
Prokuror Ruben Vardanyana ömürlük həbs istədi
16 Dekabr 2025 19:27
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
16 Dekabr 2025 12:05
Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi
15 Dekabr 2025 14:18
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə sədr təyin edildi
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31


Bakı -°C

