adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Aprel 2018 11:29
13331
DÜNYA

Sabiq prezident həbsxanaya aparılıb

Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva həbs cəzasını çəkmək üçün təyyarə ilə Kuritiba şəhərinə aparılıb.

Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir ki, keçmiş prezidentin həbsinə etiraz edənlərlə federal polis qüvvələri arasında toqquşmalar olub. İnsident zamanı 8 nəfər yaralanıb.

Qeyd edək ki. 2003-2011-ci illərdə Braziliya prezidenti olan Luis İnasio Lula Da Silva korrupsiyada ittiham edilir.