Sabiq milli təhlükəsizlik naziri apelyasiya şikayəti verdi
Vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəməkdə təqsirləndirilərək 14 il azadlıqdan məhrum edilən, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov barəsində olan hökmdən apelyasiya şikayəti verib.
Bu barədə V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.
Vəkil bildirib ki, şikayətdə sabiq nazirə bəraət istənilib. Sənəd bu gün Naxçıvan Apelyasiya Məhkəməsinə təqdim edilib.
V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.
Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Digər Xəbərlər
27 Aprel 2024 12:57
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
26 Aprel 2024 15:43Kamran Əliyev Ağdaşda vətəndaşları qəbul edib
26 Aprel 2024 15:33Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı
26 Aprel 2024 13:19Vəkil: Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır
25 Aprel 2024 12:32