Sabah yağış yağacaq
Azərbaycanda iyunun 18-də hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
Digər Xəbərlər
07 Fevral 2026 18:53
Liseydə güllənənən müəllimin atası nələri danışdı? - VİDEO
07 Fevral 2026 13:13
Ayağı velosipedin pedalına sıxışan 4 yaşlı uşağa köməklik göstərilib
07 Fevral 2026 09:49
İsmayıllıda maşın piyadanı vuraraq öldürüb
06 Fevral 2026 19:33
Qəza aradan qaldırıldı...
06 Fevral 2026 16:45
Liseydə boynundan güllələnən direktor müavini əməliyyat olundu - YENİLƏNİB
06 Fevral 2026 16:36
Şagird liseyə silahla belə daxil olub - VİDEO
06 Fevral 2026 12:46
Sumqayıtda məktəblilər arasında insident oldu - RƏSMİ
06 Fevral 2026 10:44


Bakı -°C

