"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Levski"yə (Bolqarıstan) məğlub olan "Sabah" mübarizəni dayandırıb.
Adalet.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda baş tutan matç qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Rəqibin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər.
Qeyd edək ki, səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlmişdi.
21:44
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda ikinci qol vurulub.
Adalet.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.
85-ci dəqiqədə Mazire Soula ev sahiblərini oyuna növbəti dəfə mərkəzdən başlamağa məcbur edib.
21:04
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda ikinci hissə başlayıb.
Adalet.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar hesabda 1:0 hesabı ilə öndədirlər.
40-cı dəqiqədə Radoslav Kirilov diqqət mərkəzinə düşüb.
***20:47
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda ilk hissə başa çatıb.
Adalet.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar fasiləyə üstün yollanıblar - 1:0.
40-cı dəqiqədə Radoslav Kirilov diqqət mərkəzinə düşüb.
***20:39
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda hesab açılıb.
Adalet.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar hesabda irəli çıxıblar.
40-cı dəqiqədə Radoslav Kirilov diqqət mərkəzinə düşüb.
***20:00
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyunu start götürüb.
Adalet.az xəbər verir ki, qarşılaşma Masazırdakı Əlincə stadionunda keçirilir.
Görüşü ukraynalı baş hakim Mikola Balakin idarə edir. Səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlib.
Digər Xəbərlər
17 Mart 2026 12:36
Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı
17 Mart 2026 09:10
Çempionlar Liqası: "Siti" "Real"la, "Çelsi" PSJ ilə oyunda möcüzə axtarışında
16 Mart 2026 13:02
"Turan Tovuz" – "Zirə" və "Qarabağ" – "Sabah" oyunları eyni gündə olacaq
15 Mart 2026 09:01


Bakı -°C

