Sabah bu yollar bağlanacaq – Xəbərdarlıq
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Adalet.az xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsinin müraciətində bildirilib.
"Hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur", - müraciətdə qeyd olunub.
Digər Xəbərlər
11 Mart 2026 11:16
Maşın yarıyolda qalırsa...
11 Mart 2026 08:50
Bakının 21 yolunda tıxac var - SİYAHI
10 Mart 2026 09:44
Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO
07 Mart 2026 17:57
Axşam saat 22- dən sonra...
07 Mart 2026 12:43
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
06 Mart 2026 08:38
Bakıda bu yollarda tıxac var - SİYAHI
04 Mart 2026 12:18
"Vətəndaşlara cərimə borcu olduğu barədə saxta SMS-lər göndərilir" - DYP
04 Mart 2026 09:05


Bakı -°C

