Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Saatlıda karantin qaydalarını pozan şəxslər aşkar edilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.
Polis əməkdaşları tərəfindən məkana baxış zamanı idman zalının sahibi Şahsəddin Məmmədli və müştəri kimi digər 3 rayon sakini – Nurlan Mahmudov, Elnur Əzizov və Rəmzi Rüstəmovun karantin qaydalarını pozduqları aşkar edilib.
Həmin şəxslər Saatlı Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00