adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Yanvar 2015 17:29
3003
MƏMLƏKƏT

Saatlıda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Saatlırayon Gənclər və İdman İdarəsi, Gənclərin Sosial Tərəfdaşlığı  Mərkəzi (GSTM)  İctimai Birliyinin birgə təşkilatçılığı ilə Saatlırayon Gənclər Mərkəzində 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.  

 TədbirÜmummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklərin düzülməsi mərasimiilə başlayıb.

 SonraGənclər Mərkəzinin foyesində Saatlı və Sabirabad rayon gənclərinin "MüasirGənclik Düşüncəsi” adlı rəsm müsabiqəsi keçirilib.

 Müsabiqəninmünsiflər heyəti Flora Cəfərovanı I, Ruhiyyə Məmiyevanı II, Ayşən Hüseynovanıisə III yerə layiq görüblər. Qaliblər sertifikat və həvəsləndirici hədiyyələrləmükafatlandırılıblar.

 Tədbirçərçivəsində daha sonra Gənclər Gününə həsr olunmuş "Gənclər nəyi necə görür”adlı konfrans keçirilib.

 Saatlırayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov açılış nitqi ilə çıxışedərək 2014 -cü ildə görülmüş işlər barədə məlumat verib və bayram münasibətiləgəncləri təbrik edib.

 Rayonİcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova dövlətin gənclərə olanqayğısından, gənclər siyasətindən və Bakıda keçiriləcək 1-ci Avropa Olimpiyaoyunlarından danışıb.

GSTMİB-nin nümayəndəsi Vüsal Əhmədov çıxış edərək dövlətin gənclərə yaratdığıqayğıdan  danışıb. Əlavə edib ki, gənclərbu qayğıdan bəhrələnərək öz fəaliyyətlərini sağlam zəmin üzərində qururlar.

Sonda2014-cü ildə Saatlı rayonu üzrə nailiyyətlər əldə etmiş bir qrup gənc vəidmançı Fəxri Fərman, Sertifikat və qiymətli hədiyyələrlə təltif olunublar.

Gənclərgününə həsr olunmuş tədbir musiqili proqramla davam edib.