adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Oktyabr 2021 10:50
738
DÜNYA

Saakaşvili klinikaya köçürülə bilər

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisi klinikalarının birinə köçürülə bilər.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi həkim qrupu bu gün Saakaşvilinin saxlanıldığı 12 saylı Rustavi həbsxanasını ziyarət edəcək və artıq 19 gündür aclıq aksiyası keçirən sabiq Prezidentin səhhəti ilə bağlı vəziyyəti qiymətləndirəcək.

Saakaşvilinin vəziyyəti kritik olaraq qiymətləndirilərsə, Tbilisinin “Vivamed” klinikasına köçürülə bilər.