adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Dekabr 2014 14:35
17221
GÜNDƏM

Saakaşvili ilə Abaşidze Batumi üstündə bu qədər savaşmamışdılar

Batumidəki bir olay az qala Qarabağ problemini də üstələyib. «YeniMüsavat»la «Azadlıq» bir-birini qırır.Heç Saakaşvili ilə Abaşidze Batumi üstündə bu qədər savaşmamışdılar.

Xəbəriniz var, deməli, Batumidə adı dilimə yatmayan bir təşkilat tədbirkeçiribmiş və orda Azərbaycan əleyhinə qətnaməqəbul etmək istəyibmişlər. Azərbaycandan gedən nümayəndələr buna etirazediblər və qətnamənin qəbul olunmasına mane olublar və qətnamə qəbul olunmayıb.Qısa və konkret. «Yeni Müsavat» da bunu xəbər eləyib və həmin təşkilatı daermənilərlə işbirliyində təqsirləndirib və buna da faktlar gətirib. Vəssalam,şüttəmam, məsələ bitdi. Amma hara bitir, qırğın gedir. Qətnamənin qəbulolunmasına mane olanlar xalq düşmənidirlər.

Mən bircə məsələyə toxunmaq istəyirəm. Deməli, həmin təşkilat 1988-ci ildə Ermənistanda zəlzələ olanda orayardım gətiriblər. Bu insanlıqdı, buna heç kim heç nə deyə bilməz, amma başqabir məsələ də var. 1992-ci ildə də Dağlıq Qarabağdakı, ermənilərə külli miqdarda yardım gətiriblər və oyardımın içində də nələr var, Allah bilir.Amma bunuinsanlığın adına yazmaq olmaz, niyə? Çünki Dağlıq Qarabağdakı erməniləroturmuşdular isti evlərində-eşiklərində və rus birləşmələri ilə Ermənistansilahlı birləşmələri azərbaycanlıları qırırdılar, evlərini yandırırdılar vəsair və ilaxır. Nəticədə Dağlıq Qarabağda yaşayan 60 mindən çox azərbaycanlı ayaqyalın, başıaçıq çöllərdə idi. Onlar beləinsansevər idilərsə, beş dənə də şirniquş bizimkilərə gətirirdilər də.Ermənipərəstliyin buynuzu olur?