adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Mart 2018 16:50
14757
DÜNYA

Saakaşvili çağırış etdi

İstənilən vaxt Ukrayna məhkəməsi önündə dayanmağa hazıram.

Adalet.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili söyləyib.

"Ukrayna qanunlarının icraçıları fırıldaqçı olsalar belə, mən yenə də bu ölkənin qanunlarına tabeyəm. Ukraynaya istənilən an geri dönəcəm. Tələb edirəm ki, işimi yeniləsinlər. Ukrayna məhkəməsində təqsirləndirilən olmaq istəyirəm. Mən haqlı olduğuma əminəm", - deyə o bildirib.