“Uğurlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir”
“Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfərə gəlib. Tədbirdə təşkilatın 25 illiyi, eləcə də insanlararası və mədəni mübadilələr, regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunacaq. Tədbirdə 17 dövlətin liderinin iştirakı nəzərdə tutulub. Çox vektorlu xarici siyasət həyata keçirən Azərbaycan əksər aparıcı beynəlxalq qurumlar, o cümlədən ŞƏT və təşkilata üzv olan əksər dövlətlər ilə tərəfdaşlığı gücləndirir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Qərb və Şərqlə əməkdaşlığını dərinləşdirən Azərbaycanın regional təhlükəsizliyin qorunmasında rolu daha da artmaqdadır:
“ŞƏT ilə tərəfdaşlıq coğrafı paylaşımına və əhalisinə görə dünyanın ən böyük təşkilatı ilə əməkdaşlıq deməkdir. Avrasiyanın 65, dünya ərazisinin 24 faizini əhatə edən təşkilata üzv dövlətlərdə dünya əhalinin 42 faizi yaşayır. Bu eyni zamanda, qlobal nominal ÜDM-in 24, real iqtisadiyyatın isə 36 faizinin həmin dövlətlərdə formalaşması deməkdir. Azərbaycan təşkilat ilə dialoq tərəfdaşlığı olan 15 dövlətdən biridir”.
Millət vəkili deyib ki, 10 üzvü olan təşkilatda 2 dövlət müşahidəçi kimi təmsil olunur:
“Azərbaycan dialoq tərəfdaşı kimi bu qurumla sıx əməkdaşlıq edir. Bu 25 trilyon dollarlıq iqtisadiyyatı olan təşkilat ilə tərəfdaslıq deməkdir. Azərbaycanın dörd əsas ticarət tərəfdaşından üçü bu təşkilatda təmsil olunur. Onlardan ikisi üzv, biri isə tərəfdas dövlətdir. ŞƏT ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır. Uğurlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Sentyabr 2026 11:01
Baş diplomat Əraqçi ilə görüşdü
01 Sentyabr 2026 10:57
Prezident “Irıs Ordo” Konqres Mərkəzinə getdi - VİDEO
01 Sentyabr 2026 10:37
XİN: Azərbaycan strateji müttəfiq kimi Özbəkistanla tərəfdaşlığa böyük dəyər verir
01 Sentyabr 2026 10:13
İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNİB + FOTOLAR
01 Sentyabr 2026 09:46
“O, indi güclü türk dünyasının eşqi ilə axtarışa çıxıb...”
01 Sentyabr 2026 09:46
“Paşinyan tələsməli, Azərbaycan və Türkiyə ilə sülh quruculuğunu tamamlamalıdır”
01 Sentyabr 2026 09:18
Hikmət Hacıyev Simonyanla görüşdü
01 Sentyabr 2026 08:42


Bakı -°C

