adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Aprel 2019 14:57
29488
DÜNYA

Rza Zərrabın azadlıqda olması ilə bağlı iddialar doğrudurmu?

ABŞ-da həbsdə olan işadamı Rza Zərrab məsələsi hələ də həll olunmamış qalır. Olayın baş verməsindən,Zərrabın həbsindən artıq 3 ilə yaxın zaman keçir. Lakin konkret addımlaratılmır. Hətta Zərrab məsələsi ilə bağlı dünya mediasında son zamanalar bir cümləbelə yazılmayıb. Bütün bunlar ciddi suallara yol açır. ABŞ-ın İran əsilliTürkiyə vətəndaşı Zərrabdan hər iki ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadəetdiyi barədə fikirlər səsləndirilir.

Hazırdaonun Nyu-Yorkdakı həbsxanaların birində özəl bölmədə saxlandığı bildirilir.R.Zərraba qarşı münasibətin qəfil dəyişməsinin təsadüfi olmadığı vurğulanır.İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan qeyri-qanuni yollarla yankeçməkdə ittiham edilən Zərrabın istintaq zamanı Amerika üçün vacib olan məlumatlarıbu ölkənin istintaq orqanına açıqladığı ehtimal edilir. Lakin eyni zamanda, buməsələ ABŞ-ın əlində Türkiyəyə qarşı təzyiq riçaqı kimi qalmaqdadır. Məhz buxüsusda onun işinin hələ bir müddət də uzadılacağı güman edilir.

Rza Zərrabınharada olduğu ilə bağlı onun Nyu-Yorkdakı vəkili Akbulut VOA Türkcəyə açıqlamaverib:

- Güvəndiyim qaynaqlardan əldə etdiyim son məlumatlaragörə Zərrab Nyo-Yorkda adı açıqlanmayan bir həbsxanada saxlanılır. Heç bir vaxtda həbsxanadan kənara çıxmayıb. Türk mediasında onun həbsxanadan çıxdığı barədəyayılan xəbərlər doğru deyil. Hətta deyirlər ki, həyat yoldaşı Ebru Gündeşhamilədir. Amma Ebru Gündeş Nyo-Yorka gələndə cəmi bir dəfə həbsxanada Rza Zərrablagörüşə bilib. Belə bir sərbəstlikAmerikanın ədalət sistemində yoxdur.