adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Sentyabr 2018 11:59
9661
DÜNYA

Rza Zərrab Nyu-Yorkda üzə çıxdı - FOTO

İran əsilli iş adamı Rza Zərrabın yeni görüntüləri yayılıb.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İrana qarşı sanksiyalara əməl etmədiyinə görə ABŞ-da saxlanılan, məhkəmədə şahid qismində dindirilən iş adamı Nyu-Yorkda bir qadınla görüntülənib.

R. Zərrabın Nyu-Yorkun məşhur "Nobu" restoranında suşi yediyi məlum olub. Kameraların onu çəkdiyini görən Zərrab restoranı tərk edib.

Qeyd edək ki, Rza Zərrab iki il əvvəlABŞ-ın Mayami şəhərində həbs olunub. Milyarderİrana tətbiq olunan sanksiyaları pozaraqABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunub. Onun daha sonra Türkiyə əleyhinə ifadə verdiyi,ABŞ-ın Federal Təhqiqatlar Bürosu ilə əməkdaşlıq etdiyi bildirilir. Bəzi məlumatlarda iş adamının gizli şəkildə həbsxanadan çıxdığı vurğulanır.(azvision.az)