adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Fevral 2020 14:26
32459
SİYASƏT

Ruxsarə Səmədova: Mənim qarşıma qoyduğum vəzifələr

Tərcümeyi-hal

Mən, Səmədova Ruxsarə Muxtar qızı1956-cı ildə Bakı şəhərində anadan olmuşam. 1974-cü ildə orta məktəbi bitimişəm.1975-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin axşam şöbəsinə qəbulolunmuşam. 1981-ci ildə BDU-nun kimya fakültəsini bitirmişəm. 1976-cı ildəBDU-nun paleobiokimya laboratoriyasında laborant vəzifəsinə işə qəbulolunmuşam. 1977-ci ildə BDU-nun ümumi şöbəsinə iş icraçısı vəzifəsinəköçürülmüşəm. 1990-cı ildən kimya fakültəsində metodist vəzifəsində çalışmışam.2006-cı ilin aprel ayından Sosial elmlər və psixologiya fakültəsinə öz ştatımlaFəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasına köçürülmüşəm.

2008-ci ilin oktyabr ayından Fəlsəfəkafedrasına kabinə müdiri vəzifəsinə köçürülmüşəm. Hal-hazırda Fəlsəfəkafedrasında çalışıram və Sosiologiya kafedrasında saathesabı müəllim kimi fəaliyyətgöstərirəm.

Atam: Şahverdiyev Muxtar Sadıxoğlu 1911-ci ildə Pirşağı kəndində doğulub. 1992-ci ildə vəfat edib.

Anam: Şahverdiyeva Kəbirə Cavadqızı 1930-cu ildə Bakı şəhərində doğulub. 2013-cü ildə vaft edib.

Qardaşım: Şahverdiyev EhtiramMuxtar oğlu 1959-cu ildə Bakı şəhərində doğulub.

Qardaşım: Şahverdiyev Rauf Muxtaroğlu 1963-cü ildə doğulub.

Bacım: Şahverdiyeva Xatirə Muxtarqızı 1967-ci ildə Bakı şəhərində doğulub.

Həyat yoldaşım: Səmədova ŞamilYusif oğlu 1955-ci ildə Çin Respublikasında doğulub. Bakı şəhəri İcra Hakimiyyətindənəzarət şöbəsində nəzarətçi vəzifəsində işləyir.

Qızım: Səmədova Həmidə Şamil qızı1988-ci ildə Bakı şəhərində doğulub. BDU-nun Beynəlxalq münasibətlər fakültəsiniqırmızı diplomla bitirmişdir. Xarici Dillər Universitetinin Britaniyaşünaslıqixtisası üzrə magistratura pilləsini bitirmişdir. Ailəlidir. İki övladı var.


Mənim qarşıma qoyduğum vəzifələr

Mən kimyaçı-filosofolduğum üçün bütün mənəvi həyatım, intellektual görüş bucağım elmlə bağlıdır.Elmi sahədə çalışmaq, təbiət və cəmiyyətin həqiqətlərini aşkara çıxarmaq mənimbaşlıca həyat məqsədlərimdən birini təşkil edir. Amma məmin digər bir həyat məqsədim də var, bir alim, müəllim,insan və vətəndaş kimi cəmiyyətin sosial həyatına xidmət etməyi özümün müqəddəsborcu sayıram. Sosial həyatın bütün sahələrində vətənə, Azərbaycan xalqına sədaqətləxidmət etmək olar. Bu sadə həqiqəti dərk etdiyim üçün bütün şüurlu həyatımıxalqımın səadətinə, onun sosial varlığının təkmilləşməsinə, beynəlxalq münasibətlərsistemində özünə layiq yer tutmasına və şərəflə yaşamasına xidmət etmişəm. Məhzbu prinsipdən çıxış edərək Azərbaycan cəmiyyətinin siyasi həyatında mühüm roloynayan Milli Məclisə keçirilən seçkilərdə iştirak etmək qərarına gəlmişəm.

Əziz seçicilər! MənSabunçu rayonu 27 saylı ikinci dairədən öz namizədliyimi irəli sürmüşəm. Mənimməqsədim vətənimizə və onun ayrılmaz hissəsini təşkil edən Sizlərə xidmət etməkdir.Əzizlərim, unutmayın ki, mən ziyalıyam, insan ruhunun keşiyində dayanan müəllimlik peşəsinin daşıyıcısıyam. Sizi sevənvə xidmətinizdə durmaq istəyən bir Azərbaycan qadınıyam. Bunları nəzərə alıb,üzümü sizlərə tutub deyirəm: "Səsinizi məndən əsirgəməyin. Sizin arzu və istəklərinizmənim arzu və istəklərim olacaq. Mənim bütün təfəkkürüm və hisslərim Sizinlə olacaq,Sizin problemləriniz mənim problemlərim olacaq. Mən bütün varlığımla, İlahininmənə bəxş etdiyi bütün enerjimlə Sizin yanınızda olacağam və Qanuna söykənərəkimkanım daxilində Sizin bütün sosial problemlərinizə çalışacağam”.

Sizin köməyinizlə vəmənə verəcəyiniz səslər sayəsində aşağıdakı vəzifələri yerinə yetirməyəçalışacağam:

1. Mənə səs vermiş Pirşağı, Kürdəxanı, Balaxanı,Ramana, Zabrat, Sabunçu sakinlərinin sosial problemləri ilə tanış olub, onlarınsəmərəli həlli üçün bütün imkanlarımdan var qüvvəmlə istifadə edəcəyəm. Mənə məlumdurki, Bakıətrafı sakinlərin mənzil, işıq, su, qazla təmin edilməsi, səhiyyə və təhsilproblemləri mövcuddur. Mən bütün bu problemlərin müsbət həllinə, əlaqədar təşkilatlarqarşısında onların vaxtında həll edilməsinə çalışacağam.

2. Seçicilərimin mənimlə görüşlərində heç bir çətinlikolmayacaqdır. Hər ayın dəqiq müəyyən edilmiş günlərində seçicilərimi qəbuledib, onları düşündürən problemlərlə tanış olub, onların həllinə çalışacağam.

3. Hər bir Azərbaycan vətəndaşı kimi Qarabağ problemimənim də niskilim olaraq qalacaq və mən bir vətəndaş, bir azərbaycanlı, nəhayət,seçiləcəyim təqdirdə bir deputat kimi Qarabağ probleminin həlli üçün özümün səyvə inkanlarımdan istifadə edəcəyəm.

4. Baza ixtisasım etibarilə kimyaçı olsam da, hazırdaMən fəlsəfə üzrə fəlsəfə doktoruyam, bu elmin müxtəlif sahələrini tədris edirəm.Hazırda respublikamızda elm və təhsillə bağlı müəyyən çətinlikləryaşanmaqdadır. Elm müasir cəmiyyətin mövcudluğunun və inkişafının müəyyənedicisəbəblərindən biri olsa da, hazırda onun tədrisi və təbliği sahəsində müəyyən çətinlikləryaşanmaqdadır.

Əziz seçicilər! Sizinseçiminiz sayəsində deputat seçiləcəyim təqdirdə diqqət mərkəzimdə duran vacibməsələlərdən biri də elm və təhsil məsələsi olacaqdır. Mən özümün bütün fəaliyyətimləelmin inkişafına və tədrisin yaxşılaşdırılmasına xidmət edəcək, bir müəllim vəalim kimi əlaqədar təşkilatların bu problemə diqqət yetirməsini, rasionalreallaşdırılmasını tələb edəcəyəm.

Əziz və sevimliseçicilərim mən həmişə Sizinlə olacam, daha doğrusu Siz həmişə mənimləolacaqsınız, daha dəqiq desək biz birlikdə olacağıq və Sizin iştirakınızlabütün problemləri, sosial çətinlikləri birlikdə həll edəcəyik.