Rütte: NATO Ukraynada sülh üzrə danışıqlarda iştirak etmir
“NATO Ukraynada sülh üzrə danışıqlarda iştirak etmir. Prosesi Rusiya ilə ABŞ tərəfi aparır. Hazırda sülh danışıqlarında top Rusiyanın tərəfindədir”.
Adalet.az xəbər verir ki, bunu mətbuata müsahibəsində alyansın baş katibi Mark Rütte açıqlayıb.
O bildirib ki, tərəflər arasında əldə olunacaq sülh ədalətli və dayanıqlı olmalıdır. Alyans rəhbəri Ukraynaya sülhməramlıların göndərilməsinə də münasibətini açıqlayıb:
“Sülh razılaşmasından sonra Rusiyanın Ukraynanı yenidən hədəfə almasına mane olmaq üçün Ukraynaya göstəriləcək dəstəyi də müzakirə etməliyik. İlk növbədə ordunun gücləndirilməsinə diqqət yetirilməli və ölkəyə təhlükəsizlik təminatı verilməlidir. Hələlik isə bütün bu təkliflər haqqında düşünməli, atəşkəs və sülh razılaşmalarına hazır olmalıyıq”.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

