Ruslar BMT-nin maşınlarını vurdu

Oktyabrın 14-də səhər saatlarında Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətində BMT-nin humanitar yardım maşınlarına hücum edib.
Adalet.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin açıqlayıb.
"Bu gün səhər saatlarında Belozersk icmasında Rusiya qüvvələri BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinə məxsus yük maşınlarını pilotsuz təyyarələrdən və artilleriyadan atəşə tutub. Xüsusi nişanları olan dörd ağ maşın hərbi texnika deyil, humanitar yardım aparan maşınlardır", - Prokudin "Telegram"da yazıb.
Onun sözlərinə görə, avtomobillərdən biri yanıb, digərinə isə ciddi ziyan dəyib: "Digər ikisi hücumlardan xilas ola bilib. Möcüzə nəticəsində heç kim xəsarət almayıb"
Digər Xəbərlər

Suriya prezidenti Rusiyaya GEDİR

Putin Türkiyəni təhdid edib? - AKP-dən reaksiya

İsrail "Rəfah" keçid məntəqəsini açmayacaq

Zelenski onları vətəndaşlıqdan məhrum etdi

Britaniya Rusiyanın Ukraynadakı itkilərini açıqladı - ŞOK RƏQƏMLƏR

Misirdə güclü siyasi iradə ortaya qoyduq - Ərdoğan

ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlandı
