adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Mart 2017 14:54
6122
DÜNYA

RUSİYANIN STRATEJİ PLANLARI

Moskva hələ Qəddafininvaxtında Livana böyük yatırımlar qoymuşdu və indi mümkün qədər bu yatırımlarınbir hissəsini qaytarmağa çalışır. Bu barədə məlumat verən La Tribune yazır ki,ona görə də Rusiya Livanın neft daşınanlimanlarının böyük bir hissəsinə nəzarət edən qiyamçı fedmarşal xəlifə Həftaraaçıqdan-açığa maraq göstərir.

Qiyamçı marşalla2017- ci ilin yanvar ayında aparılansonuncu danışıqlara görə Həftar Rusiyadan silah alır və əvəzində rus tankerlərininLivan limanlarına girişinə icazə verilir, həmçinin rus hərbçiləri üçünuçuş-eniş zolağı ayrılır.

Kreml hesab edirki, əgər bütün neft yataqlarıyla zəngin olan ərazilər Həftar tərəfindən işğaledilərsə onda Rusiyanın genişmiqyaslı ssenarisi önə çıxarılmış olacaq.

«HiffingtonPost» yazır ki, Rusiya hazırda Livandaaparıcı rol olmaqdadır. Belə ki, qiyamçı marşalla danışıqlar aparmaqla yanaşı rəsmiMoskva hazırda Tripolidə məskunlaşan Livan Milli Birlikhökumətinin baş naziri Faiz Sərraclada danışıqlar aparır və Livanda hakimiyyətə tam yiyələnmək üçün onların birgəmübarizə aparmasına çalışır.

Bildirilirki, qiyamçı marşal keçmiş SSRİ-də hərbi təhsil alıb, özü də iki dəfə. Əvvəl«Vıstrel» ali zabit kurslarında, sonra isə Frunze adına ali hərbi akademiyada.Rus dilində təmiz danışması da onunla dialoq aparılmasını asanlaşdırır.

«Kommersant»qəzeti isə bildirir ki, hazırda Rusiya Federasiyasının prezidenti VladimirPutinin səyləri nəticəsində Rusiya yenidən Yaxın Şərqin aparıcı oyunçusuna çevrilir. Və Qərbə sübut edilirki, o, təkcə keçmiş postsovet məkanında deyil, bütün dünyada qlobal hegemondövlətdir.

Birmüddət əvvəl Livan sərhədləri yaxınlığına xüsusi təyinatlıların göndərilməsifaktını dansalar da, indi etiraf edirlər ki, bölgənin iri neft yataqlarındaçoxsaylı rus mütəxəssisləri hələ də çalışmaqdadı, onların və neft yataqlarının təhlükəsizliyi məqsədiləkönüllü xüsusi təyinatlılar da yerləşdirilib.

MEHRİBAN