adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Avqust 2017 21:39
12113
DÜNYA

Rusiyanın paytaxtı Sibirə köçürülə bilər

Rusiyanın paytaxtının ölkənin şərqinə keçirilməsi təklif olunur.

Rusiya mətbuatı yazır ki, Demoqrafiya, Miqrasiya və Regional İnstitutunun mütəxəssisi paytaxtın dəyişdirilməsi ilə bağlı təklifləri prezident Vladimir Putinə təqdim edib.

Onun fikrincə, Rusiya əhalisinin böyük əksəriyyəti Moskva və ölkənin qərbindəki böyük şəhərlərdə yaşayır.

O, paytaxtın Ural dağlarından şərqə, Sibir və ya Uzaq Şərq bölgələrinə keçirilməsini irəli sürüb.