adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Noyabr 2017 16:12
27607
MƏDƏNİYYƏT

RUSİYANIN ƏN DÜRÜST SƏSİ BATDI

Sükut... O danışana qədər də hər kəs susurdu, danışandada dinməzcə dinlədilər, dünyasını dəyişəndə də səslər qısıldı. Onun dilə gətirdiyifaktlara cavab vermək mümkün deyildi, çünki ondan başqası danışsaydı, başına nələrgələcəyini bir Allah, bir də KQB bilirdi. Amma onun zarafata salıb dediyi sözlərəelə özünün də gözlədiyi cavab bu olurdu – gülüş və sükut. Düz sözü də eləzarafatla deyərlər... SSRİ-nin və varisi Rusiyanın ən dürüst səsi – MixailZadornov əbədi susdu. Çoxları onun belə cəsarətli olmasının səbəbini Sovet idarəçiliyindəyüksək vəzifə tutmuş qayınatasına (Latviya Kommunist Partiyasının I katibi YanKalnberzin) və sonralar yaxın dostu olmuş Rusiya prezidenti Boris Yeltsinəarxalanmasında görürdülər. Amma Yeltsinə qədər də susdurula bilməyən Zadornov,SSRİ-nin bütün çatışmazlıqlarını dilinə dolayırdı. Qayınatasına arxalanmağına gəlincə,əslində iynəyələyici satirasını işə salması ilə vəzifədə olan kişinin"arxa”sını kürsüdən asanlıqla tərpədə bilirdi. Yox! Zadornov nə özünü, nə yüksəkrütbəli qohumunu, dostunu düşünmədən danışırdı. Xalq üçün danışırdı, yatanlarıayıldırdı. Xalqın ona olan rəğbəti idi ki, 1991-ci ildə ənənəvi Yeni il müraciətindəhamının gözlədiyi kimi prezident deyil, məhz Zadornov xalqa müraciət etmişdi.Bu SSRİ və Rusiya tarixində görünməmiş bir hadisə idi!

Zadornovkim idi?

Onun həyatı söz üzərində qurulmuşdu. SSRİ-nintanınmış yazıçıları ailəsində boya-başa çatmış Mixailin nənəsi Vera Zadornova,atası Nikolay Zadornov, böyük bacısı Lyudmila Zadornova da qələmə bağlıinsanlar olub. Gözünü açandan dünya ədəbiyyatının içində "səyahət” edənZadornov sonralar təkcə yazmaqla kifayətlənmədi. Sözə azadlıq verdi, sözümusiqiyə çevirdi. Bu da yetmədi. Əlinə əsa alıb dünyanı dolaşdı. MixailZadornov həm də tanınmış səyyahdır. Bu günə qədər istər coğrafi, tarixi, istərsədə ədəbi səpkili 10-dan artıq kitabı işıq üzü görüb. Satirik, yazıçı, yumorist,dramaturq, bəstəkar, linqvist, tarixçi, coğrafiyaşünas və daha neçə sahəni əlindəcəmləşdirdi. Yorulmadı, külüngünü hər sahədə çaldı, gözünün götürmədiyi, ağlınabatmadığı nə vardısa ələ saldı. SSRİ-nin süqutu çoxları kimi Zadornovu da sonralarnostaljiyə bağladı. Hərçənd rejimin çatışmazlıqlarından ən çox o gileylənərdi.Amma xatirələr və yaşanmışlar dərin olanda, kələ-kötür qüsurlar zamanlahamarlanır. "Yeni dünya”nın yoluxdurduğu yeni həyata uyğunlaşmaq istəmədi,başqalarını da soyutmağa çalışdı. Əsərlərinin, çıxışlarının çoxu qərb həyat tərzinəqarşı idi.

Zadornovhaqqında maraqlı məlumatlar

Rusiya ərazisində dahi Puşkinin bəlkə də yüzlərləbüstü, heykəli var. Amma böyük insanın sonralar şair olmasında rolu olan dayəsiArina Rodionovnaya heykəli məhz Mixail Zadornov qoydurub, həm də şəxsihesabına.

Zadornov tənqidi fikirlərinə görə ABŞ və UkraynadaPersona Non Qrata elan olunmuşdu.

2009-cu ildə plagiatlıqda ittiham olunub. Yəhudiyazıçı Viktoriya Rayxerin əsərini mənimsədiyinə görə üztr istəməli və 100 minrubl kompensasiya ödəməli olub.

2010-cu ildə Vladivostok qadınlarını alçaltdığına görə(Burada yaşayan qadınların fahişə kimi geyindiyini çıxışlarının birində söyləmişdi)tezliklə sərt təpkiylə qarşılaşır: tualet kağızlarının üstündə Zadornovun şəkliçap olunaraq kütləvi istifadəyə çıxarılır.

Zadornov bir müddət öncə şamanlığa meyl salaraqxristianlıqdan imtina etsə də, ötən ilin sonlarında yenidən pravoslavlığa geridönmüşdü.

Böyüksatirikin xatirəsinə

"O, heç bir siyasətçinin deyə bilmədiklərini dilə gətirdi.Belə insanlar dünyadan gedəndə adamın inanmağı gəlmir”, – İosif Kobzon, SSRİXalq Artisti.

"İnanılmazdır. Dünya sadəcə bir insan itirmədi.Eyni zamanda yazıçı, alim, aktyor itirdi. Bizimsə daha bir dostumuz aramızdangetdi”, – yumorist Vladimir Vinokur.

"O, 50 yaşından sonra ətdən imtina etmiş,vegeterianlığa keçmişdi. Deyirdi əsl sağlam həyat budur. Bizi də cəlb etmək istəyirdi.Amma ömrünün ən gözəl günlərində amansız xəstəlik onun yaxasından yapışdı. Çoxheyif...”, – İqor Nikolayev, bəstəkar-müğənni.

Xatırladaq ki, Mixail Zadornov noyabrın 9-da 69yaşında dünyasını dəyişib. Satirik ötən ildən bəri beyin xərçəngindən əziyyət çəkirdi.

Zadornovunhikməti

"Əgər sizin xoşbəxtliyiniz bir gündən artıq çəkirsə,deməli, sizdən nəyisə gizlədirlər”.

"Özümüzü başqalarından ağıllı saydığımıza görə, həmişəaxmaq durumlara düşürük”.

"Həyat yoldaşına yalan danışmaq – ləyaqətsizlikdir.İş yoldaşlarına, müştərilərinə yalan danışmaq – dələduzluqdur. Xalqa yalandanışmaq isə – siyasətdir!”

"Qadınlar yaşa dolduqca kosmetikanın, kişilər isəzarafatın içində itib-batırlar”.

"Əgər kimsə səni təhqir edirsə, cavab vermə – axıit sənə hürəndə qayıdıb ona hürmürsən...”

"Tanrı bu dünyada üç halda zühur edir: təbiət, məhəbbətvə zarafat. Təbiət yaşadır, məhəbbət dirçəldir, zarafat isə dözməyə vadaredir”.

ŞəfiqəŞƏFA