Rusiyalıların Putinə münasibəti? - SORĞU
Rusiyalılar ölkə prezidenti Vladimir Putini təkcə stabilliyin yox, həm də dəyişikliklərin və islahatların qarantı hesab edirlər.
Bu barədə rəy sorğusu nəticəsində məlum olub.
Aparılan sorğu nəticəsində məlum olub ki, rəyi soruşulanların yalnız 7 faizi V.Putinin stabilliyə təminat verəcəyinə inanmadığını bildirib.
72 faiz respondent Vladimir Putinin ölkədə dəyişikliklər və islahatlar keçirə biləcəyindən əminliyini qeyd edib.