Rusiyalı jurnalistlərin Olimpiya Oyunlarını işıqlandırmasına qadağa qoyuldu - AÇIQLAMA

Rusiyalı jurnalistlərin Parisdə keçiriləcək Olimpiya Oyunlarını işıqlandırması qadağan edilib.
Adalet.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen deyib.
Darmanenin sözlərini "leJDD" belə çatdırıb:
"Biz Rusiyadan olan jurnalustlərin çoxunun Olimpiya Oyunlarını işıqlandırmasını qadağan etmişik. Amma Beynəlxalq Olimpiya Komitəsində işləyən rusiyalılar istisnadır".
Xatırladaq ki, Paris-2024 26 iyul - 11 avqust aralığında baş tutacaq.
Digər Xəbərlər

Salahdan yeni rekord

"Formula-1" vaxtı bu yollardan istifadə edin - Sürücülərin nəzərinə!

"Bavariya" "Çelsi"ni, "Liverpul" "Atletiko"nu məğlub etdi - VİDEO
