Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
Rusiyalı kriptovalyuta taciri Roman Novak və onun həyat yoldaşı Anna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) kirayə qaldıqları villada qətlə yetiriliblər.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Cinayətin başvermə şəraiti və icraçılarının adları açıqlanıb, şübhəlilər saxlanılıb.
Özünü dəfələrlə sahibkar və "Telegram"ın qurucusu Pavel Durovun dostu kimi tanıdan Roman Novak sürətli kriptovalyuta köçürmə proqramı olan "Fintopio"nun yaradıcısıdır. Onun inkişafı üçün təxminən 500 milyon dollar investisiya toplayıb, lakin pulu aldıqdan sonra yoxa çıxıb.
Cütlüyün yaxınları Sankt-Peterburqda hüquq-mühafizə orqanlarına şikayət edib və bununla bağlı cinayət işi açılıb. Roman və Anna təxminən bir ay əvvəl Rusiyadakı ailələri ilə əlaqəni kəsmişdilər. Müstəntiqlər müəyyən ediblər ki, onlar oktyabrın 2-də Hattada investorlarla görüşməli idilər. Sürücü onları gölün yaxınlığındakı dayanacağa aparıb, oradan başqa maşına keçib və oradan uzaqlaşıblar. Sonra isə əlaqə kəsilib.
İndiyədək cinayətlə bağlı səkkiz nəfər həbs edilib, onlardan dördü cinayətin ortağı olub, maşın və villa icarəyə götürüb, bıçaq alıb və s.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:38
Ukrayna və Rusiya razılaşdı, hücum olmayacaq - Tramp
14 Sentyabr 2026 18:50
Zelenski Baş prokuroru vəzifəsindən azad etdi
14 Sentyabr 2026 18:43
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan
14 Sentyabr 2026 18:30
Rusiya Ukraynanın itkilərini yenilədi
14 Sentyabr 2026 18:12
Müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?
14 Sentyabr 2026 17:29
Pezeşkian danışarkən çərəz yeyən xarici rəsmi gündəm oldu - VİDEO
14 Sentyabr 2026 13:12
Gürcüstanda DTX rəisi istefa verdi
14 Sentyabr 2026 12:54


Bakı -°C

