Rusiyadan Gürcüstana NATO xəbərdarlığı
"Gürcüstanın NATO-ya qoşulması Cənubi Qafqazdakı mövcud vəziyyəti gərginləşdirəcək”.
Adalet.az-ın məlumata görə, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər Komitəsinin sədri Konstantin Kosaçov deyib. Onun sözlərinə görə, əgər bu baş verərsə Rusiya hərbi planlaşdırma baxımından qarşılıqlı cavab verəcək: "Bu heç kəs üçün sirr olmamalıdır, bu, heç kim üçün gözlənilməz olmamalıdır”.
K.Kosaçev qeyd edib ki, Rusiya heç vaxt Gürcüstanı hədələməyib: "Gürcüstanda bir çox siyasi xadimlər ölkənin NATO-ya daxil olması ilə bağlı çağırışlar edirlər. Lakin Gürcüstanın NATO-ya daxil olması Cənubi Osetiya və Abxaziya ilə bağlı danışıqlar tamamilə qeyri-real perspektivlərə gedəcək”.
Digər Xəbərlər
02 May 2024 09:10