Rusiyada dollar sürətlə bahalaşır
Moskva birjasında ticarət əməliyyatlarının ilk dəqiqələrində bir dolların məzənnəsi 80 rubl göstəricisini ötüb.
Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bir avro isə 88,75 rubla çatıb.
Fevralın 10-a olan məzənnələrə əsasən dollar və avro müvafiq olaraq 80,04 və 89,58 rubl olub.
Qeyd edək ki, rubl neft qiymətlərinin azalması fonunda xarici valyutaya nisbətdə ucuzlaşır. Brent markalı neftin bir bareli 30,8 dollar olub.
Xatırladaq ki, bir qədər əvvəl 2015-ci ildə ilk dəfə bir barelə görə neftin qiymətinin 25 dollara düşəcəyini bildirən neft treyderi, "Andurand Capital” fondunun rəhbəri Pyer Andyuran yaxın iki ildə qiymətlərin 70 dollara qədər artacağını proqnozlaşdırılıb.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17