adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Yanvar 2017 17:23
11344
İQTİSADİYYAT

Rusiyada dollar 60 rubldan aşağı düşüb

Rusiyada yanvarın 5-də dolların satış kursu 54 qəpik ucuzlaşaraq 59,92 rubldan ibarət olub.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, dollar ən son 2015-ci il iyulun 31-də 60 rubldan aşağı satılıb.

Rusiya valyutasının bahalaşmasına səbəb neftin qiymətinin 56,5 dollar/barelə yaxınlaşması və ölkəyəinvestisiya həcminin artması amilləri olub.