Rusiyada benzin bahalaşır
Aprelin 1-dən etibarən Rusiyada avtomobil yanacağı bahalaşacaq.
Adalet.az «Forbes» jurnalının rus xidmətinin məlumatına əsasən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi büdcə gəlirlərinin artırılması məqsədilə ölkə ərazisində benzinə və dizel yanacağına tətbiq edilən aksiz vergisinin artırılması haqqında qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib.
Mənbəyə görə, Rusiya hökuməti təqdim edilmiş qanun layihəsini bəyənib.
Sənədə əsasən, aprelin 1-dən Rusiya ərazisində benzinin 1 litri 2 rubl (AMB-nin rəsmi məzənnəsinə görə, təxminən 4 qəpik — virtualaz.org), dizel yanacağının 1 litri isə 1 rubl (2 qəpik) bahalaşacaq.
Bu addım Rusiya büdcəsinə illik 89,3 milyard rubl (1,768 milyard manat) əlavə gəlir gətirəcək.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17