Rusiya və ABŞ bu sazişi qəsdən ləğv etdi
Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmanın yox olmasında Rusiya və ABŞ eyni miqdarda günah sahibidir.
Adalet.az xəbər verir ki, bunu "RİA Novosti”yə açıqlamasında Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşinger deyib.
"Mən bu situasiyadan heç razı deyiləm. Bu, ABŞ və Rusiya arasında ikitərəfli razılaşmadır. Bütün tərəflər bu razılaşmanın mövcudluğuna görə məsuliyyət daşıyır. Rusiya gərək ABŞ-ın ittihamlarına daha tez cavab verəydi”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu razılaşma həm də müəyyən qədər ABŞ və Rusiyanın orta mənzilli raketlərə ehtiyac duymasıyla əlaqədar ləğv edilib.
İsinger hər iki dövlətin Asiyada öz maraqlarını qoruması üçün bu raketlərə ehtiyac duyduğunu deyib
Digər Xəbərlər
27 Aprel 2024 17:49
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
27 Aprel 2024 17:32Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45Fenomen Bağdadda naməlum şəxslər tərəfindən güllələndi
27 Aprel 2024 16:01