adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Mart 2018 17:40
11354
GÜNDƏM

Rusiya Türkiyəni sona kimi dəstəkləyəcəkmi?

Türkiyənin Afrindəbaşlatdığı "Zeytun budağı" əməliyyatı dünyanın diqqətindədir. 40gündən artıq davam edən əməliyyatlar türkiyə Silahlı Qüvvələri inamlı qələbəqazanıb. Bir sıra dövlətlər bu məsələyə açıq münasibt bildirib. AzərbaycanTürkiyənin yanında olduğunu, əməliyyatları dəstəklədiyini bəyan etsə də ABŞ vəbir sıra ölkələr əvvəl verdiyi vədlərin üstündə durmur. ABŞ-la yanaşı RusiyanınTürkiyəni nə dərəcədə və nə zamana kimi dəstəkləyəcəyi sual altındadır.



Məsələyə münasibətbildirən millət vəkili Asim Mollazadə deyir ki, Türkiyə terrola mübarizə aparırvə dost ölkənin başlatdığı bu mübarizə ədalətlidir. Millət vəkili qeyd edir ki,anti-terror əməliyyatlarına hər bir dövlət dəstək verməlidir: "Terror insanlığaqarşı ən qatı cinayətdir. Heç kim bu cinayətdən sığortalanmayıb. Türkiyədə sonaylar ərzində müntəzəm olaraq terror hadisələri baş verirdi və bu hadisələrdəonlarla insan öz həyatını itirirdi. Bu üzdən Türkiyənin belə bir əməliyyatabaşlaması və terror quruplaşmalarına qarşı qətiyyətli addım atması təqdirolunur”.

A.MollazadəRusiyanın Türkiyəni nə dərəcədə müdafiə edəcəyi məsələsinə aydınlıq gətirib.Bildirib ki, şimal qonşumuzun Türkiyəıyə sona kimi dəstək verəcəyi inandırıcıgörünmür. Hazırda Rusiya tərəfindən səsləndirilən dəstək bəyanatları isəgörüntüdən başqa bir şey deyil.

Bu əməliyyatlarınnecə bitəcəyinə aydınlıq gətirən millət vəkli qeyd edib ki, sonda Türkiyə zərəfçalacaq: "Mən Türkiyə Silahlı Qüvvələrinin gücünə inanıram. Belə bir əməliyyatlarıda zəfərlə başa vuracağına əminəm. Tanrı türkü qorusun”.


Politoloq Elxan Şahinoğlu isəməsələyə başqa prizmadan yanaşıb. O qeyd edib ki, ABŞ əvvəlkitək PKK/PYD cütlüyünə dəstək verir,Pentaqon terrorçularla Suriyada minatəmizləmə təlimlərinin şəkillərini paylaşır:"ABŞ Dövlət katibi Reks Tillerson bir müddət əvvəl TürkiyədəƏrdoğan və Çavuşoğlu ilə görüşdü. O, Suriyada əməkdaşlıq vədi verdi, ortaqmexanizmlər təklif etdi. Bu əməkdaşlığın reallaşmayacağını, Vaşinqtonun vədiniyerinə yetirməyəcəyini və "ortaq mexanizmlərin” işləməyəcəyini elə TillersonunAnkaradakı görüşləri zamanı bildirmişdim. Heç nə dəyişmədi. ABŞ əvvəlkitəkPKK/PYD cütlüyünə dəstək verir, Pentaqon terrorçularla Suriyada minatəmizləmətəlimlərinin fotoşəkillərini paylaşır. Üstəlik, Vaşinqtondan açıqlama gəlir ki,Türkiyə Suriyadakı atəşkəsə riayət etsin. Ortaq mexanizmlər də söz olaraqqaldı. Beləcə, Ankara-Vaşinqton xəttində gərginlik davam edir”, - siyasi şərhçiqeyd edib.

Politoloqbildirib ki, Fransa da "bölgədə varam” deməyə çalışır: "Paris də Suriyadaatəşkəsin vacibliyindən danışır, Fransa Prezidenti Emmanuel Makron tez-tezƏrdoğana zəng edərək, dərdləşir. FransaAvropa Birliyinin iki aparıcı dövlətindən biridir, Almaniya isə ancaq köhnəqitənin problemləri ilə məşğuldur, çox uzaqlara getmək istəmir. MakronƏrdoğanın Suriyadakı planlarına mane olmayana qədər Türkiyə əməkdaşlığa ümidedə bilər. Hələ ki, Paris Vaşinqtondan fərqli olaraq Ankaraya maneə yaratmır,Türkiyəyə "hücumu dayandır” və ya "atəşkəsə riayət et” mesajları göndərmir.Görünür, Makron Ərdoğanla sıx dialoq yolu ilə Suriyada varlığını gücləndirməkistəyir”.


Türkiyəli professor Saleh Yılmaz deyir ki, Suriyada yeni tarazlıqlar Rusiyanı TürkiyəninPKK/PYDsiyasətinə dəstək verməyə vadar edir: "Suriyada Türkiyənin Afrin əməliyyatı və İsrailtəyyarəsinin düşməsilə yeni ölkələr İsrail, Çin, Fransa və hətta İngiltərə kimiölkələrin sahəyə qayıtması üçün bəhanə oldu. TürkiyəninAfrin əməliyyatından sonra hərəkatı Fəratın şərqinə istiqamətləndirə bilməməsiRusiyanın indiyədək olan fəallığını təhdid edə bilər. Rusiya bu şərtlərdəTürkiyənin PKK/PYD siyasətinə dəstək verməyib tamaşaçı rolunu üzərinə götürsəeynilə təyyarə düşürmə təxribatçılığında olduğu kimi yeni hücumlarlatoqquşmaların içinə çəlb edilməsinə səbəb ola bilər. Bu halda PKK/PYD-dənhəm Rusiya həm ABŞ həm İsrail həm də Çinin istifadə etmə imkanı yoxdur.Rusiyanın hələ də PKK-PYD-dən ümidi varsa bu siyasət bir müddətdən sonra həlliçətin problemlər yarada bilər. ABŞ-ın silahlarla dəstək olduğu, maaşlarını verdiyi,təlim keçdiyi, müxtəlif düşərgələr açaraq himayə etdiyi PKK/PYD-nin Rusiyanınistəklərinə cavab verməsi əsasən mümkün görünmür. PKK/PYD tamamilə ABŞ-ınnəzarətində olduğuna görə bu təşkilatın Rusiyanın mənfəətinə çalışmasıgözlənilməməlidir. Bu yeni balansda Rusiyanın Türkiyə ilə birlikdə PKK/PYDünsürlərinin şimaldan təmizlənməsi üçün ortaq strategiya üzərində hətta ortaqəməliyyatlarla bir mövqe ortaya qoyması vacibdir. Çünki Türkiyənin PKK-PYDsiyasəti beynəlxalq qanuniliyi olan mübarizədir. Bu qanunilik istiqamətindəşimalda özünə yer tapa bilməyən PKK/PYD həmin zamanda ABŞ-ın əlində silah daolmayacaqdır.


Ədil Ədilzadə