RUSİYA, SƏNİN AJIĞINA!

Bərdədə bir həkim dostum var – Vaqif Hüseynov. Şairliyi var, əsasən də həcv yazar, parodiya yazar dostlara, məzələnər. Hətta mənə də bir həcv yazmışdı. Niyə yadıma düşdü?
Mətbuata baxıram, bütün Rusiya «Qarabağ»ın Macarıstandan olan rəqibini dəstəkləyir, «Qarabağ»dan üstün tutur. Nədi-nədi, məşqçisi urusdu.
Şair dostumun bir şeiri vardı: «Şahin, sənin ajığına».
İndi dünəndən Vaqif həkimi axtarıram ki, deyəm bir həcv yazsın: «Rusiya, sənin ajığına», «Qarabağ»a dəstək olsun. Yazdığı şeir də daşdan keçir.
İndi «Qarabağ» Rusiyanın ajığına «Ferenstvaroş»u «Lex» kimi, «Zürix» kimi tapdalayıb keçəcək.
Digər Xəbərlər

İsveç millisinin baş məşqçisi işdən qovuldu

Braziliya millisi ilk dəfə Yaponiya yığmasına uduzdu

DÇ-2026: Bu gün 8 oyun var

Arda Turan Ukrayna-Azərbaycan oyununda

Azərbaycan səfərdə Ukrayna millisinə məğlub oldu - VİDEO

Futbol üzrə U-20 dünya çempionatında yarımfinalçılar müəyyənləşdi

Aqil Abbasın "Qarabağ"ı - Murad Köhnəqala yazır
